SON DƏQİQƏ
» » ANS-də “yarpaq tökümü” - Heç biri 50 yaşa çatmadı

ANS-də “yarpaq tökümü” - Heç biri 50 yaşa çatmadı

Tarix:

17-06-2024, 13:16

/ 1 700 dəfə oxundu.
ANS-də “yarpaq tökümü” - Heç biri 50 yaşa çatmadı

Xəbər veridiyimiz kimi, "Baku TV"nin redaktoru, ANS-in keçmiş əməkdaşı Sərxan Kamallı ötən gecə dünyasını dəyişib. Mərhumun beyindaxili qansızma nəticəsində vəfat etdiyi bildirilir. 
GunAz.az 
xəbər verir ki, Sərxan Kamallının qəfil ölümü diqqəti onun əvvəlki iş yerinə - Azərbaycanın ilk müstəqil televiziyası olan ANS-ə yönəldib. 
Qeyd edək ki, bununla ötən bir il ərzində dünyasınıl dəyişmiş ANS-çilərin sayı 3-ə çatdı. SEO Nədir
Xatırladaq ki, son bir ildə ANS-də "yarpaq tökümü" tanınmış televiziya aparıcısı Natavan Babayeva ilə başlayıb. Ulduzu ANS-də parlayan Natavan Babayeva, ötən il iyulunda, 46 yaşında dünyasını dəyişib. Onun sonuncu iş yeri Azərbaycan Dövlət Televiziyası olub.
Ötən bir ildə dünyasını dəyişən keçmiş ANS-çilərin arasında mərhum millət vəkili Qənirə Paşayeva da var. O, 28 sentyabr 2023-cü ildə, 48 yaşında, Bakı şəhərində vəfat edib. Qənirə Paşayeva 1998-2005-ci illərdə ANS-də müxbir, redaktor, aparıcı redaktor, baş redaktorun müavini vəzifələrində çalışıb. 
Sərxan Kamallı Azərbaycan jurnalistikasının son bir ildə itirdiyi üçüncü ANS-çidir. Onun jurnalist kimi püxtələşdiyi dövr, ANS-in populyar olduğu illərə təsadüf edir. 
Mərhumun sonuncu iş yeri, "Baku TV" olub.
Qeyd edək ki, hər üç jurnalist 50 yaşını tamamlamadan həyatla vidalaşıb. 
Allah rəhmət eləsin!/yenisabah.az
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ