SON DƏQİQƏ
» » Müştəri "Araz supermarket"dən süfrə aldı, "oboy" çıxdı - İDDİA

Müştəri "Araz supermarket"dən süfrə aldı, "oboy" çıxdı - İDDİA

Tarix:

12-04-2024, 14:40

/ 2 550 dəfə oxundu.
Müştəri "Araz supermarket"dən süfrə aldı, "oboy" çıxdı - İDDİA

“Araz Supermarket” müştəriyə səhv məhsul satıb.
GunAz.az-ın xəbərinə görə, bu iddia ilə sosial şəbəkə istifadəçilərindən biri çıxış edib.
 
“”Araz Supermarket”dən anam stol üstü süfrə alıb. Evdə açdıqda, bizə süfrə əvəzinə “oboy” divar kağızı satdıqlarını gördük. Üzərində “vinil süfrə” yazılıb, lakin vinildən əsər-əlamət yoxdur. Bu bildiyimiz divar kağızıdır. Üzərində İdxalçı : ARAZ SUPERMARKET MMC qeyd olunub. Sualım Araz Supermarketədir: müştəriyə “süfrə” adı altında divar kağızı satmağınızda məqsədiniz nədir? Bunu alan insan evə gəldikdə, bunun süfrə yox divar kağızı olduğunu görməyəcək? Bu məsələyə aydınlıq gətirməyinizi gözləyirik” – şikayətçi qeyd edib.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. (Pravda.az)
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ