SON DƏQİQƏ
» » Gömrük Komitəsi “Araz Supermarket”i məhkəməyə verdi

Gömrük Komitəsi “Araz Supermarket”i məhkəməyə verdi

Tarix:

7-07-2020, 10:59

/ 4 186 dəfə oxundu.
Gömrük Komitəsi “Araz Supermarket”i məhkəməyə verdi

Dövlət Gömrük Komitəsi "Araz Supermarket” MMC barədə inzibati protokol tərtib edib.

GunAz.az xəbər verir ki, İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə) maddəsinə əsasən tərtib edilən protokol baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib.

 

 

İşə hakim Elməddin Hüseynovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, "Araz Supermarket” Azərbaycanın ən böyük mağaza şəbəkələrindən biridir.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ