SON DƏQİQƏ

"Araz Supermarket" barəsində iş qaldırıldı

Tarix:

24-02-2022, 21:13

/ 1 449 dəfə oxundu.
"Araz Supermarket" barəsində iş qaldırıldı

Xəbər verdiyimiz kimi, Yeni il ərəfəsində paytaxt sakinlərinin ərzaq məhsullarına artan tələbatına ən yaxşı cavab verən marketin "Araz Supermarketlər” şəbəkəsi olması barədə kütləvi informasiya vasitələrində yayımlanan reklam xarakterli məlumatın antiinhisar və reklam qanunvericiliyinin tələblərinə uyğunluğunu müəyyən etmək üçün İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən araşdırmalara başlanılıb.

Dövlət Xidmətindən GunAz.az-a bildirilib ki, qurum tərəfindən aparılan araşdırmalar nəticəsində "Araz Supermarketlər” şəbəkəsi Yeni il ərəfəsində ən ucuz market seçildi” reklamının yayılmasında "Araz Supermarket” MMC-nin digər market şəbəkələrinə qarşı haqsız rəqabətə yol verməsi əlamətləri aşkar edilib. Bununla əlaqədar "Araz Supermarket” MMC haqqında antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb.


скачать dle 12.1

Şərhlər