SON DƏQİQƏ

Elmin, təhsilin ölkənin inkişafında rolu

Tarix:

30-11-2022, 14:29

/ 2 529 dəfə oxundu.
Elmin, təhsilin ölkənin inkişafında rolu

Elmin, təhsilin ölkənin inkişafında hansı rol oynadığını əyani şəkildə görmək üçün təkcə İsrailin, Yaponiyanın nümünələrinə nəzər salmaq kifayətdir.

Son illər müxtəlif sahələrdə aparılan islahatların nəticəsində Azərbaycanın iqtisadi, siyasi cəhətdən güclənməsi, regionun aparıcı  dövlətinə çevrilməsi, beynəlxalq nüfuzunun artması, xüsusilə də 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman əskər və zabitlərimizin səyi ilə çox qısa müddətdə topraqlarımızın yağı düşmənin işğalından azad edilməsi, ərazi bütövlüyümüzün bərpa edilməsi bəzi bədxaxlarımızın, xüsusilə də türk düşmən olan Fransanın, İranın, eləcə də Rusiyanın yuxusuna haram qatıb. Azərbaycanın uğurlarını heç cür həzm edə bilməyən türk düşmənləri müxtəlif vasitələrlə  bu uğurlara kölgə salmağa, ölkəmizə ziyan vurmağa ard-arası cəhdlər edirlər: gah heç bir əsası olmayan, böhtan və qərəzlə dolu "qətnamələr” qəbul edirlər, Ermənistanın heç kim tərəfindən pozulmayan sərhəddini, ərazisini "qırmızı xətt” elan edirlər, sərhəddə, eləcə də, Rusiya "bədməramlıların” müvəqqəti yerləşdiyi ərazilərdə təxribatlar törədirlər, regionumuzda möhkəmlənmək üçün bədnam "Vardanyan”, qondarma "Rus icması” layihələrini həyata keçirməyə cəhdlər edirlər, ölkəmizin daxilində qarşıdurma yaratmaq istəyirlər. Bu bədbəxtlər hələ də qəbul etmək istəmirlər ki, Azərbaycan keçən əsrin Azərbaycanı deyil, dövlətimiz, xalqımız, əldə edilmiş milli birliyimiz hər cür təxribatın qarşısını almağa qadirdir, heç kim ölkəmizi seçdiyi yoldan döndərə bilməz!

Azərbaycan çiçəklənən, iqtisadi, hərbi və  siyasi cəhətdən güclü dövlətdir! Ancaq əldə edilənlərlə kifayətlənmək, arxayınlaşmaq olmaz, biz daha da güclənməli, inkişaf etməliyik. Bunun bir sıra yollarından biri elm və təhsil sahəsində əsaslı islahatların aparılmasından keçir. Elmin, təhsilin ölkənin inkişafında hansı rol oynadığını əyani şəkildə görmək üçün təkcə İsrailin, Yaponiyanın nümünələrinə nəzər salmaq kifayətdir. Təəssüf ki, ölkəmizdə elmə, təhsilə, elmin, təhsilin idarə edilməsinə münasibət qaneedici səviyyədə deyildir. Elmlər doktoruna alimliyinə görə cəmi 100 manat, elmlər namizədinə-60 manat verilən, elmin, təhsilin idarə edilməsinin təşkilinin mövcud vəziyyətində  hansı inkişafdan danışmaq olar? Universiteti bitirib, müvafiq dövlət diplomu və müəllimlik hüququ alan məzunun işləmək hüququ almaq üçün yenidən imtahan verməsinin tələb olunması hansı məntiqə sığır? Məgər universitetlər Elm və Təhsil Nazirliyinin tabeliyində deyil, əgər universitetlər bu nazirliyin tabeliyindədirsə onda keyiyyətsiz müəllim hazırlanmasının təqsiri kimdədir, univeritetlərdə, yoxsa tədris prosesini lazımi keyfiyyətdə təşkil və idarə edə bilməyən nazirlikdə? Biz Təkamül Partiyası olaraq Prezident İlham Əliyevin sərəncamı ilə Elm və Təhsil Nazirliyin yaradılmasını alqışlayırıq, ümid edirik ki, bu, ölkəmizdə elmin və təhsilin idarə edilməsində, inkişafında yeni eranın başlanmasına imkan yaradacaqdır. Ancaq nəzərdən qaçırmaq olmaz ki, elm və təhsil spesifik, eyni zamanda strateji sahələrdir.

Bu sahələrin idarə edilməinə onların xüsusiyyətlərinə dərindən bələd olan, yüksık ixtisaslı kadrlar cəlb edilməlidir. Xüsusilə universitetlərdə elmin və tədrisin təşkilinə, idarə etmənin, kadr hazırlığının  keyfiyyətin yüksəldilməsinə, elm və tdris işçilərinin sosial təminatının yaxşılaşdırılmasına diqqət artırılmalıdır. Fikrimizcə, universitetlərin tədris-tədqiqat müəssisələrinə çevrilməsi istiqamətində aparılan işlər daha da sürətləndirilməli, bu işdə elm adamlarının maraqlarının artırılması üçün stimullaşdırıcı tədbirlər həyata keçirilməlidir. Bu istiqamətdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) aparılan işlər nümunə kimi götürülə bilər. Belə ki, ADNSU-nun rektoru, professor, M.Babanlının sərəncamı ilə SCOPUS və Web of Science məlumat bazalarına daxil olan jurnallarda elmi məqalələri nəşr edilən unversitet əməkdaşlarının, nəşr edilən məqalələrin sayından asılı olaraq, əmək haqlarına əlavələr verilir  ki, bu da alimlərdə elmlə məşğul olmaqda stimullar yaradır. ADNSU-nun tədris-tədqiqat universitetinə çevrilməsi istiqamətində həyata keçirilən tədbirləri də müsbət qiymətləndirmək olar. Ancaq nəzərdən qaçırmaq olmaz ki, istənilən tədbirin həyata keçirilməsinin nəticəsi onun kim tərəffindən reallaşdırılmasından bilavasitə asılıdır. Məlumdur ki, universitetlərdə tədris prosesinin təşkili və idarə edilməsində əsas yük fakültə dekanlarının üzərinə düşür. Fikrimizcə, bu sahədə ADNSU-da vəziyyətin yaxşılaşdırılmasına ehtiyac vardır. Məsələn, mənim işlədiyim "İqtisadiyyat və menecment” fakültəsinin dekanı, dosent İlham Rüstəmovun "fəaliyyətini” qətiyyən qənaətbəxş hesab etmək mümkün deyildir. İdarəçilik təcrübəsi olmayan, yalnız əsassız inzibatçılığa üstünlük verən, şəxsi qərəzliyi əsas fəaliyyət prinsipi hesab edən, tələbələrin problemləri ilə qətiyyən maraqlanmayan, saatlarla iş yerində tapılmayan, kollektivdə heç bir nüfuzu olmayan  İ.Rüstəmovun dekan vəzfəsində qalması yalnız təəccüb və təəssüf doğurur. Məlumdur ki, Prezident İlham Əliyevin sərəncamı ilə ADNSU-nə bublik hüquqi şəxs status verilmişdir. Bu, idarəetmədə universitet rəhbərliyinin səlahiyytələrinin artırılmasını da özündə ehtiva edir. Ümid edirik ki, ADNSU-nin rəhbərliyi bu hüquqdan istifadə edərək universitetimizdə müvafiq kadr islahatları da aparacaq və İ.Rüstəmov kimilərini idarəetmədən kənarlaşdıracaqdır. Bunun ADNSU-da həm tədrisin, həm də elmin inkişafına əsaslı töhfə verə biləcəyinə inanırıq.
 
Teyyub Qənioğlu
скачать dle 12.1

Şərhlər