SON DƏQİQƏ
» » "Bütün ərazilərimizdə dövlət süverenliyimiz tam bərpa olunacaqdır": Teyyub Qənioğlu

"Bütün ərazilərimizdə dövlət süverenliyimiz tam bərpa olunacaqdır": Teyyub Qənioğlu

Tarix:

7-11-2022, 18:24

/ 2 211 dəfə oxundu.
"Bütün ərazilərimizdə  dövlət süverenliyimiz tam bərpa olunacaqdır": Teyyub Qənioğlu

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman əsgər və zabitlərimizin qaniçən, faşit təbiətli, köçəri ermənilərin xarici havadarlarının hərtərəfli dəstəyi ilə işğal etdiyi və 30 il ərzində işğal altında saxladığı torpaqlarımızı azad etməsinin iki ili tamam olur.
 
Bu münasibətlə Azərbaycan xalqını Azərbaycan Təkamül Partiyası (ATP) adından təbrik edirik, bu möhtəşəm qələbəni bizə bəxş edən şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə can sağlığı arzu edirik! Təəssüf ki, tarixi əsasən qonşu ölkələrin bu gün də davam edən işğalı ilə zəngin olan Rusiyanın təxribatı, sözün əsl mənasında Azərbaycana qarşı düşmənçili torpaqlarımızın yağı düşməndən təmamilə azad edilməsinə imkan vermədi. Rusiyanın "sülhsevər təşəbbüsüilə” 2020-ci ilin noyabr ayının 9-dan 10-na kecən gecə Azərbaycan Prezidenti İlham Əliyevin, Rusiya Prezidenti Vladimir Putinin və Ermənistanın baş naziri Nikol Paşinyanın imzası ilə hərbi əməliyyatların dayandırılmasına dair üçtərəfli Bəyanat qəbul edildi. Bəyanata uyğun olaraq atəşkəsə riayət edilməsinə, erməni təxribatlarına son qoyulmasına, erməni silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan torpaqlarından mərhələlərlə çıxarılmasına, hələ də işğal altında olan ərazilərin Azərbaycana qaytarılmasına  nəzarət etmək üçün Rusiyanın "sülhməramlı qüvvələri” ildırım sürəti ilə Qarabağa yeridildi. Ancaq üçtərəfli Bəyanatın qəbul edilməsindən iki il keçməsinə baxmayaraq nə Rusiya, nə də ona, eləcə də "müsəlman qardaşımız” İrana, türk düşməni olan, başda Fransa olmaqla, bəzi Qərb dövlətlərinə arxalanan Ermənistan üzərlərinə götürdükləri öhdəliklərə əməl etmirlər, müxtəlif təxribatlar törətməkdə davam edirlər və Azərbaycanın haqlı qələbəsinə kölgə salmaq istəyirlər.

Hər şeydən göründüyü kimi nə Rusiya, nə İran, nə də əksər Qərb dövlətləri Azərbaycanın 44 günlük şanlı qələbəsindən sonra regionumuzda yaranmış yeni reallıqları qəbul etmək istəmirlər. Bu sahədə İran və Rusiya xüsusilə canfəşanlıq gəstərirlər və Azərbaycana qarşı "qırmızı xətti” keçməkdədirlər. ATP olaraq Rusiyanın, Fransanın, digər Qərb dövlətlərinin, xüsusilə də İranın, Azərbaycana qarşı törətdikləri təxribatçı, düşmənçilik hərəkətlərini qətiyyətlə pisləyir, bu əməllrə son qoymalarını tələb edirik! ATP olaraq hesab edirik ki, xalq və ordu birliyinə arxalanan Prezident İlham Əliyevin ölkəmizin mənfelərinin qorunması istiqamətində göstərdiyi qətiyyət, beynəlxalq aləmdə Azərbaycanın  mövqeyinin getdikcə güclənən dəstəyi bədxaxlarımızın istəklərinin gerçəkləşməsi qarşısında güclü  maneədir. ATP olaraq Azərbaycanın ərazi bütövlüyünün, süverenliyin tam bərpası istiqamətində Prezident İlham Əliyevin yürütdüyü siyasəti dəstəklədiyimizi bəyan edirik və inanırıq ki, türk düşmənlərinin məkirli niyyətlərinə baxmayaraq, yaxın zamanda bütün ərazilərimizdə  dövlət süverenliyimiz tam bərpa olunacaqdır! Heç kəsin buna şübhəsi olmasın!

 Sədr:                           Teyyub Qənioğlu
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ