SON DƏQİQƏ
» » Bu bütün Türk Dövlətləri üçün misilsiz tarixi əhəmiyyətə malikdir

Bu bütün Türk Dövlətləri üçün misilsiz tarixi əhəmiyyətə malikdir

Tarix:

23-06-2022, 13:26

/ 1 453 dəfə oxundu.
Bu bütün Türk Dövlətləri üçün misilsiz tarixi əhəmiyyətə malikdir

Teyyub Qənioğlu
Xəzər, Mərkəzi Asiya, Cənubi Qafqaz regionlarında sülh və sabitlik böyük ölçüdə türk dövlətlərinin birgə səyindən asılıdır.
Azərbaycanımızın 44 günlük Vətən Müharibəsində  şanlı qələbəsi, torpaqlarımızın mənfur erməni faşistlərinin işğalından azad edilməsi təkcə Azərbaycan və bu qələbədə əvəziz rol oynayan Türkiyəmiz üçün deyil, bütün türk dövlətləri üçün də misilsiz tarixi əhəmiyyətə malikdir. Mübaliğəsiz demək olar ki, Azərbaycanımızın bu qələbəsi bütün türk xalqları tərəfindən böyük çoşqu ilə qarşılanmış, türk dövlətlərinin bir-birinə daha da yaxınlaşması üçün möhtəşəm impuls vermişdir. Azərbaycan Prezidenti İlham Əliyevin iyunun 21-də Özbəkistana səfəri, Azərbaycanla qardaş Özbəkistan arasında imzalanmış sənədlər, xüsusilə də Strateji tərəfdaşlığın dərinləşdirilməsi və qarşılıqlı fəaliyyətin genişləndirilməsi haqqında siyasi Bəyannamə buna bariz nümunədir. İnanırıq ki, Daşkənddə imzalanmış sənədlər nəinki iki qardaş dövlətin münasibətlərinin daha da dərinləşməsinə və möhkəmlənməsinə zəmin yaradacaq, eyni zamanda digər türk dövlətləri üçün də nümunə olacaqdır. 
Azərbaycanın Vətən Müharibəsində qələbəsi Cənubi Qafqaz regionunda yeni münasibətlərin formalaşması, sülhün bərqərar olması üçün münasib şərait yaratmışdır. Ancaq  türk düşmənləri yeni şəraiti qəbul etmək istəmirlər. Ona görə də bu gün nəinki Cənubi Qafqaz regionunda, eləcə də, onunla birbaşa əlaqəsi olan  Xəzər, Mərkəzi Asiya regionlarında sülhə və sabitliyə ciddi ehtiyac vardır. Bu regionlarda sülhə, sabitliyə nail olunması böyük ölçüdə türk dövlətlərinin birgə səyindən asılıdır. İnanırıq ki, Azərbaycan Prezidenti İlham Əliyevin qardaş Özbəkistana səfərinin nəticələri bu iki qardaş ölkə ilə yanaşı, digər türk dövlətlərinin də daha da yaxınlaşmasına impuls verəcəkdir. 
Yaşasın TÜRK DÖVLƏTLƏRİNİN BİRLİYİ!

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ