SON DƏQİQƏ
» » Qırğızıstan-Azərbaycan münasibətləri yeni mərhələdə

Qırğızıstan-Azərbaycan münasibətləri yeni mərhələdə

Tarix:

21-04-2022, 11:13

/ 2 174 dəfə oxundu.
Qırğızıstan-Azərbaycan münasibətləri yeni mərhələdə

2022-ci il aprelin 20-də Mərkəzi Asiyada önəmli geosiyasi mövqeyə malik olan, Türk Dövlətləri Şurasında get-gedə daha aktiv rol alan və demokratik ölkələrdən biri kimi dünyada qəbul olunan Qırğızıstanın yeni seçilmiş prezidenti Sadır Japarov Azərbaycana rəsmi səfərə gəldi.

Bu rəsmi səfər zamanı  Azərbaycan və Qırğızıstan prezidentləri ikitərəfli munasibətlərin perspektivlərini bir daha müzakirə etdilər.

Tərəflər ölkələrimizin dost və qardaş ölkələr olduğunu təsdiq edərək siyasi, iqtisadi və mədəni sahələrdə əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini qeyd etdilər. Bu tarixi əhəmiyyət kəsb edən səfərdən sonra Azərbaycan-Qırğızıstan münasibətləri keyfiyyətcə yeni səviyyəyə qalxdı. Azərbaycanla Qırğızıstan arasında imzalanmış "Strateji tərəfdaşlıq haqqında” bəyannamə ölkələrimiz arasında gələcək yüksək əməkdaşlığın baş tutacağından soraq verir. İmzalanan sənədlər arasında Azərbaycan və Qırğızıstan arasında dövlətlərarası şuranın yaradılması haqqında memorandum da xüsusi əhəmiyyətə malikdir.

Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun 2022-ci il 20 aprel tarixli birgə bəyanatı ölkələrimiz arasında strateji əməkdaşlığın daha güclü və yüksələn xətlə inkişaf edəcəyinin anonsunu verdi. Dövlət başçıları səfərin yekunu ilə bağlı mətbuata verdikləri bəyanatda ölkələrimiz arasında əlaqələrin səviyyəsinin arzulanan vəziyyətdə olmadığını qeyd etdilər.

скачать dle 12.1

Şərhlər