SON DƏQİQƏ
» » Deputat: “Onun Azərbaycan xalqına qarşı əvvəldən münasibəti yaxşı olmayıb”

Deputat: “Onun Azərbaycan xalqına qarşı əvvəldən münasibəti yaxşı olmayıb”

Tarix:

4-11-2019, 15:34

/ 1 915 dəfə oxundu.
Deputat: “Onun Azərbaycan xalqına qarşı əvvəldən münasibəti yaxşı olmayıb”

"Akademik, keçmiş SSRİ Ali Soveti İttifaq Sovetinin sədri Yevgeni Primakovun bizə-Azərbaycan xalqına və dövlətinə qarşı münasibəti heç zaman yaxşı olmayıb.  1990-ci ilin  qanlı 20 Yanvar hadisələrinin törədilməsində  keçmiş SSRİ rəhbərlərindən biri kimi Primakov da bilavasitə iştirak edib". GunAz.az xəbər verir ki, bunu millət vəkili  Tahir Rzayev deyib. Deputat bildirib ki, həmin vaxt o müəyyən məsələlərə müdaxilə edib:  "Hətta, o zaman Azərbaycan Xalq Cəbhəsinə-onun bəzi üzvlərinə, liderlərinə müəyyən istiqamət verilməsində, keçmiş hakimiyyətə qarşı qaldırılmasında onun rolu var. Bu baxımdan, onun fəaliyyətini, ümumiyyətlə, mənfi hesab edirəm, onun atdığı addmları düzgün hesab etmirəm. Onun Azərbaycana qarşı etdikləri deyilməlidir, dilə gətirilməlidir. Onun Azərbaycana, Azərbaycan xalqına qarşı əvvəldən münasibəti heç yaxşı olmayıb. İstər 31 ildən artıq davam edən Qarabağ məsələsində yaxşı mövqedə olmayıb,  istər Ulu Öndər Heydər Əliyevin özünə qarşı onun yaxşı münasibəti olmayıb, istərsə də bütövlükdə Azərbaycana, Azərbaycan rəhbərliyinə qarşı mənfi mövqedə olub. Odur ki, mən Primakovun təbliğ olunmasının, onun fəaliyyətinin müsbət qiymətləndirilməsinin, nə bilim yubiley, müsabiqə keçirilməsinin tərəfdarı deyiləm. Mənim bir vətəndaş kimi Primakova münasibətim yaxşı deyil, mənfidir".

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ