SON DƏQİQƏ
» » İbrahimbəyov Əkrəm Əylislidən də ... - Baş redaktor

İbrahimbəyov Əkrəm Əylislidən də ... - Baş redaktor

Tarix:

24-05-2018, 09:00

/ 10 330 dəfə oxundu.
İbrahimbəyov Əkrəm Əylislidən də ... - Baş redaktor

Mən elə bilirdim ki, Əkrəm Əylislinin “Daş yuxular”ı Azərbaycan xalqına ən böyük təhqirdir. Bilməzdim ki, xalqımıza qarşı bundan böyük xəyanətkar, içində nifrəti olan biri də var imiş. Nəhayət o da, özünü göstərdi.

Bunu “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev deyib.

Baş redaktor hesab edir ki, rejissor Rüstəm İbrahimbəyovun Azərbaycan xalqını təhqir edən “Qafqaz triosu” filmi qəbuledilməz münasibətdir:

“Bu, dövlətimizə və millətimizə qarşı hörmətsizlikdir. Ən dəhşətlisi isə budur ki, bu təhqirə vaxtilə prezidentliyə namizəd olmuş bir şəxs edir. Bilirdilər ki, onu dəstəkləyən xarici qüvvələr arasında erməni diasporu da var, amma onun namizədliyini irəli sürdülər. Azərbaycan xalqına qarşı xəyanətləri olan şəxsin namizədliyinin irəli sürülməsi, onun çəkdiyi filmdən də dəhşətli xəyanətdir, xalqı təhqir etməkdir. Onun namizədliyini irəli sürənlərin məqsədləri aydın idi. Amma onun daxildən dəstəkləyənlərin məqsədlərim mənə qaranlıq qaldı. Lakin zaman Rüstəm İbrahimbəyovun çirkin əməllərinin və əsl simasının üstünü açdı. Nəhayət, onun kimlərə xidmət etdiyi məlum oldu.

Bu hadisədən sonra onun namizədliyini dəstəkləyənlər xalqın qarşısına necə çıxacaqlar? Buna necə cavab verəcəklər, hansı donu geyindirəcəklər? Buna nə ad verəcəklər? Onların namizədi Azərbaycan xalqını çox ağır şəkildə təhqir etmiş bir ssenaristdir. Təəssüf edirəm ki, vaxtilə öz içimizdə yaşamış belə bir nümunə var. Mən elə bilirdim ki, sonuncu nümunə Əkrəm Əylisli və onun “Daş yuxular” əsəridir. Amma indi Əkrəm Əylislidən də irəli getmiş Rüstəm İbarhimbəyov ortaya çıxdı”.

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ