SON DƏQİQƏ
» » Daha 3 nəfərin prezidentliyə namizədliyi qeydə alındı

Daha 3 nəfərin prezidentliyə namizədliyi qeydə alındı

Tarix:

10-03-2018, 14:39

/ 10 271 dəfə oxundu.
Daha 3 nəfərin prezidentliyə namizədliyi qeydə alındı

Azərbaycanda aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə əlaqədar daha 3 prezidentliyə namizəd qeydə alınıb.

Gunaz.az xəbər verir ki, qərar bu gün Mərkəzi Seçki Komissiyasının iclasında qəbul edilib.

Milli Dirçəliş Hərəkatı Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Fərəc Quliyev, Müasir Müsavat Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Hafiz Hacıyev və "Cəbhəçilərin təşəbbüs qrupu" adlı təşəbbüs qrupu tərəfindən namizədliyi irəli sürülmüş Razi Nurullayevin prezidentliyə namizədliyi qeydə alınıb.

Xatırladaq ki, daha öncə Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Əliyev, öz təşəbbüsü ilə namizədliyi irəli sürülmüş Zahid Oruc, Azərbaycan Sosial Demokrat Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Araz Əlizadə və Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Qüdrət Həsənquliyevin namizədliyini qeydə alınıb.

Onu da bildirək ki, Prezident seçkiləri ilə bağlı 15 nəfərin prezidentliyə namizədliyinin irəli sürülməsi təsdiq edilib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ