SON DƏQİQƏ
» » Yunus Oğuz- Bu filmin çəkilməsi Azərbaycan xalqına nifrətdən qaynaqlanır

Yunus Oğuz- Bu filmin çəkilməsi Azərbaycan xalqına nifrətdən qaynaqlanır

Tarix:

24-05-2018, 14:07

/ 10 373 dəfə oxundu.
Yunus Oğuz- Bu filmin çəkilməsi Azərbaycan xalqına nifrətdən qaynaqlanır

"Olaylar" qəzetinin və eyniadlı saytın rəhbəri, tanınmış yazıçı-dramaturq Yunus Oğuz R.İbrahimbəyovun ssenarisi əsasında çəkilən filmi kəskin tənqid edib. 

Bu filmin çəkilməsinin Azərbaycan xalqına nifrətdən qaynaqlandığını qeyd edən Y.Oğuz bildirdi ki, vaxtilə R.İbrahimbəyov "Səhranın bəyaz günəşi" filmində də Azərbaycan xalqına qarşı aşağılayıcı mövqe nümayiş etdirib: "R.İbrahimbəyovun ssenarisi əsasında çəkilən film haqqında mənim də məlumatım var. Ümumiyyətlə, o ilk dəfə deyil ki, xalqımıza qarşı belə xəyanətkar mövqe nümayiş etdirir. Keçən əsrin 70-ci illərində çəkdiyi "Səhranın bəyaz günəşi" filmində də Azərbaycan xalqına və əhalisi dünyada çoxluq təşkil edən türklərə qarşı aşağılayıcı, lağlağı bir mövqe sərgiləmişdi. Bu filmdə 6 qadının lağa qoyulması və s. məsələlər vardı. Yəni demək istəyirəm ki, onun xalqımıza qarşı nifrəti yeni deyil, bu onun xislətindən irəli gəlir. O vaxt Heydər Əliyev ona böyük qayğı göstərirdi, "Şöhrət" ordeni verdi, onun fəaliyyəti üçün hər cür şərait yaratdı. Onun burada işləməsi üçün hər cür şərait yaradılmışdı. Lakin özünün səhvi, xəyanəti nəticəsində o şəraitdən məhrum oldu. Bundan sonra isə R.İbrahimbəyov əsl xislətini büruzə verməyə, sifətini göstərməyə başladı.  "Qafqaz üçlüyü" filminin də ortalığa çıxması təsadüfi deyil. O bu filmlə Azərbaycan xalqından, Azərbaycan dövlətindən, ayrı-ayrı adamlardan "intiqam" alır. Əkrəm Əylislinin xalqımıza qarşı etdikləri pislikləri indi də R.İbrahimbəyov təkrarlayır. İstisna etmirəm ki, Milli Şuranın digər üzvləri, orada təmsil olunan alimlər sabah Azərbaycan əleyhinə kitab yazacaqlar. Bu tam gözləniləndir. Yaxud Milli Şuranın təmsilçilərindən birinin xaricdə yaşayan övladı erməni qızı ilə evlənsə, buna təəccüblənmərəm. Çünki bu onların xislətindən irəli gələn məsələdir. Onlar layiq olmadıqları, lakin arzuladıqları nəyisə əldə etmədikdə belə addımlar atırlar. Onların arxasında da kimlərin durduğunu hər kəs bilir".

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ