İbrahim Tatlıses üçün üzücü xəbər

Türkiyənin məşhur müğənnisi İbrahim Tatlısesin keçmiş xanımı Ayşegül Yıldız onu məyus edib.

Gunaz.az xəbər verir ki, İbonun evlilik təklifi keçmiş xanımı tərəfindən rədd edilib. Ayşəgül Yıldız İbo ilə evlənmək istəmədiyini bildirib.

“Mən həmişə İbrahim Tatlısesi sevmişəm və hörmət etmişəm. Onun sənətinin vurğunuyam. İbrahim bir ata kimi də mükəmməldir. Amma bundan sonra ortaq nöqtəmiz ancaq qızımız Elif Ada ola bilər. Bundan sonra təkrar evlənməyimiz mümkün deyil. Boşandığımız andan etibarən mənim üçün o səhifə bir daha açılmamaq üzrə bağlanıb. İbrahimə can sağlığı və güclü olmağı arzu edirəm”, - deyə Ayşəgül Yıldız bildirib.

Qeyd edək ki, Seda Sayanın verilişində qonaq olan İbrahim Tatlısəs evlənmək istədiyini bildirib. Tatlısəs Sayanın "Seda Sayanla" verilişində özəl açıqlamalar verib və canlı yayımda Ayşegülə evlilik təklifi edib. Türk musiqisinin imperatoru deyib:

“Mən artıq izmirliyəm. İzmiri sevdim. Trilyon dollar versələr də, İstanbula qayıtmaram. Küsmüşəm, məni küsdürüblər. Məni vurdular, məni vurana qarğış etmədim. Deməli, Yaradan mənə belə cəza verdi. Şikayət etmirəm. Allahdan ümidimi kəsmirəm. Mahnı oxumaq üçün darıxıram. Səsim paslanıb. Mahnı oxuya bilmək üçün Allaha dua edirəm. Evlənmək barədə düşünürəm. Elifin anası Ayşegülə evlilik təklifim olacaq. Ayşegülə aşiq deyiləm amma evlənmək istəyirəm. Bu təklifi ona ilk dəfə televiziya ekranından edirəm”.

İbrahim uzun müddət görüşdüyü Ayşegül Yıldız ilə 2011-ci ildə evlənib. Cütlük 2013-cü ildə boşanıb.

скачать dle 10.6фильмы бесплатно
Video