Xəbər verdiyimiz kimi, Türkiyədə yaşayan müğənni Günel Zeynalovanın bacısı Müşərrəf İstanbulda gözəllik salonu açıb.
Gunaz.az “Haberler.com”a istinadən xəbər verir ki, açılışda iştirak edən Günel jurnalistlərin suallarını da cavablandırıb.
O, müğənni İbrahim Tatlısesdən küsdüyünü bildirib:
“İbrahim Tatlıses mənə ata kimidir. Amma ondan incimişəm. Bir mahnı istədim, əvvəlcə “oxu” dedi, sonra xəbər göndərdi ki, oxumayım. Mən də oxumadım. Yıldız Tilbedən mahnı istədim, mənə mahnısını pulsuz verdi”.
Qeyd edək ki, Zeynalovanın 13 yaşı olarkən onu İ.Tatlıses Azərbaycanda verdiyi konsertlərindən birində ifaçı kimi kəşf etmiş və özü ilə Türkiyə aparmışdı.