SON DƏQİQƏ
» » Yıldız Tilbədən irqçilik açıqlaması: "Bunları deyən şərəfsizdir"

Yıldız Tilbədən irqçilik açıqlaması: "Bunları deyən şərəfsizdir"

Tarix:

14-10-2017, 22:46

/ 1 079 dəfə oxundu.
Yıldız Tilbədən irqçilik açıqlaması: "Bunları deyən şərəfsizdir"

“O Səs Türkiyə” verilişinin çəkilişləri zamanı münsiflər Yıldız Tilbə ilə Göyxan Özoğuz arasında yaşandığı və çəkilişlərin dayanmasına səbəb olduğu iddia edilən irqçilik münaqişəsi barədə müğənni açıqlama verib.

Gunaz.az Türkiyə mediasına istinadla xəbər verir ki, Yıldız Tilbə ilə Göyxan Özoğuzun davası şou dünyasında şok effekti yaradıb.

Yıldız Tilbə açıqlamasında ona irqçi deyənləri sərt tənqid edib:

"Mən kim olduğumu özüm də yaxşı bilirəm, Allah da. İspan dilində mükəmməl səslənə bilər, amma nə mən, nə də izləyicilər oxunan mahnının sözlərini başa düşür. Başa düşdüyüm dildə mahnı istəməyimi irqçilik elan edənlərin özü irqçidir.

Əvvəlcə türk dilində normal oxusun, sonra hansı dildə mahnı ifa edir, etsin. Mən nə irqçiyəm, nə millətçiyəm, nə də məzhəbçi. Mənə bunları deyən şərəfsizdir, namussuzdur".

Qeyd edək ki, “O Səs Türkiyə” verilişinin çəkilişləri zamanı iştirakçıdan türkcə mahnı oxumaq tələbi nəticəsində Yıldız Tilbə ilə Göyxan Özoğuz arasında mübahisə baş verib. Mübahisə böyüyüb və çəkilişlər dayandırılıb.//teleqraf

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ