SON DƏQİQƏ
» » Rayonlar Ağdama "Alpaqut Turan" döyüşünə toplaşdı

Rayonlar Ağdama "Alpaqut Turan" döyüşünə toplaşdı

Tarix:

22-10-2018, 23:36

/ 10 372 dəfə oxundu.
Rayonlar Ağdama "Alpaqut Turan" döyüşünə toplaşdı

Oktyabr ayının 20-si Ağdamda Alpaqut turan döyüş sənəti üzrə lll Azərbaycan kuboku keçirilib.

GunAz.az xəbər verir ki, Azərbaycanın bütün rayonlarından 30-dan artıq komandadan təxminən 300 döyüşçü lll Azərbaycan kubokunda iştirak ediblər.Dövlət himnimiz səsləndikdən sonra rəsmi açılış mərasimini Azərbaycan Alpaqut Federasiyasının prezidenti Qüdrət Nuriyev açıq elan edib. Sonra yarışda qonaq qismində iştirak edən Ağdam rayon İcra Hakimiyyəti başçısının müavini Ağa Zeynalov, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin məsul işçısı Firudun Paşayev, Dünya Alpaqut Federasiyası İdarə Heyətinin sədri, Alpaqut Turan döyüş sənətinin müəllifi Kutsan Vasif Namazov və digərləri çıxış edərək alpaqutçulara uğurlar diləyiblər.Dörd - Aypara, Batur, Caymaz və Qurşaq sistemləri üzrə keçirilən yarışın sonunda qaliblər diplom, medallar və kubokla mükafatlandırılıb. Qurşaq sistemi üzrə fərqlənən komanda isə dünya çempionu,idman ustası Orxan Vəliyevin rəhbərlik etdiyi Qazax komandası olub.Beləki Qazax idmançıları 6 qızıl 3 gümüş və 1 bürünc medalın sahibi olmuşdur.Orxan Vəliyevlə qısa müsahibəmiz zamanı öz tələbələrinin gələcəkdə dahada yaxşı nəaliyyətlər əldə edəcəyini bildirib.

Vəli Ədiboğlu

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ