SON DƏQİQƏ

Putinin andiçmə mərasimi olub

Tarix:

7-05-2018, 13:09

/ 10 307 dəfə oxundu.
Putinin andiçmə mərasimi olub

Rusiya prezidenti Vladimir Putinin andiçmə mərasimi keçirilib.
Gunaz.az  bildirir ki, Böyük Kreml Sarayında keçirilən mərasimdə 5 min qonaq iştirak edib.
Hökumət üzvləri, Dövlət Duması və Federasiya Şurasının deputatları, prezident administrasiyasının rəhbərliyi, Konstitusiya Məhkəməsinin hakimləri, Rusiyada akkreditə olunmuş xarici ölkələrin səfirləri və prezident seçkilərində Vladimir Putinin səlahiyyətli nümayəndələri olmuş şəxslər andiçmə mərasimində fəxri qonaq qismində iştirak ediblər.
Vladimir Putin Kremlin 1 nömrəli korpusunda yerləşən iş otağından çıxaraq Rusiya prezidenti üçün istehsal olunan "Kortej" adlı yeni prezident limuzinində Böyük Kreml sarayına gedib. O, Böyük Kreml sarayının darvazalarından daxil olaraq Georgiyevsk və Aleksandrovsk zallarından keçərək Andreyevsk zalında andiçmə mərasimi üçün hazırlanan tribunaya qalxıb.
Tribunada Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko, Dövlət Dumasının sədri Vyaçeslav Volodin və Konstitusiya Məhkəməsinin sədri Valeri Zorkin yer alıblar.
Konstitusiya Məhkəməsinin sədri Valeri Zorkin dövlət başçısı seçilmiş V. Putindən and içməsini xahiş edib. Putin sağ əlini Konstitusiyaya qoyaraq and içib: "And içirəm ki, Rusiya Federasiyası prezidenti səlahiyyətlərini həyata keçirirkən insan və vətəndaş hüquqları və azadlıqlarını qoruyacağam və hörmət edəcəyəm, Rusiya Federasiyası Konstitusiyasına riayət edəcəyəm, dövlətin suverenliyini, müstəqilliyini, təhlükəsizliyini və bütövlüyünü qoruyub, xalqa sədaqətlə qulluq edəcəyəm".
Sonra Konstitusiya Məhkəməsinin sədri Putinin prezident vəzifəsində fəaliyyətə başlamasını elan edərək hakimiyyət simvollarını ona təqdim edib. Rusiya himni səsləndikdən sonra dövlət başçısı vətəndaşlara müraciət edib.
Qeyd edək ki, Rusiya prezidentinin andiçmə mərasimində Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu da iştirak edib
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ