SON DƏQİQƏ

Leoparddan daha bir qələbə

Tarix:

6-10-2018, 14:20

/ 10 998 dəfə oxundu.
Leoparddan daha bir qələbə

Gələcəyimizin idmanı gənclərimizin əlindədir.

Azərbaycanda keçirilən döyüş növləri festivalındada idmançılarımız İrandan və Gürcüstandan olan rəqiblərlə döyüşdə böyük uğurlar əldə ediblər. Professional S1 və Alpaqutdan bir çox idmançımız yaxşı nəaliyyətlər qazanıblar. Dünya çempionumuz, idman ustası Orxan Vəliyev tərəfindən Leopard ləqəbi verilmiş idmançımız Vəli Allahverdiyev İranlı rəqibini nakault edərək qələbə qazanmışdır. Bu döyüşdən sonra Leoparda daha bir fəxri ləqəb, Alpaqut turan döyüş sənətinin banisi və Dünya Alpaqut Federasiyasının idarə heyətinin sədri Vasif Namazov tərəfindən verilib. Bu ləqəb qədim Turan türk hökmdarı "Alpərtonqa" -nın adıdır. Daha bir gələcəyi parlaq idmançılarımızdan olan Məmmədov İlkin Alpaqutun aypara sistemində rəqibi üzərində möhtəşəm qələbə qazanmış və bu uğurlarını davam etdirəcəyini Azərbaycanın adını yüksəltmək üçün əlindən gələni edəcəyini bildirmişdir. Digər bir idmançımız İsmayılov Elşad da kəmər döyüşündə rəqibini məğlub edərək kəmərin sahibi olmuşdur.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ