SON DƏQİQƏ
» » Qazaxda şəhid Zahid Mahmudovun xatirəsinə möhtəşəm festival keçirilib

Qazaxda şəhid Zahid Mahmudovun xatirəsinə möhtəşəm festival keçirilib

Tarix:

2-10-2018, 16:59

/ 10 487 dəfə oxundu.
Qazaxda şəhid Zahid Mahmudovun xatirəsinə möhtəşəm festival keçirilib

Qazax rayonunda şəhid Zahid Mahmudovun xatirəsinə möhtəşəm döyüş növləri festivalı keçirilib.

GunAz.az-ın Qazax bürosunun verdiyi məlumata görə, S1 və Alpaqut Turan döyüş sənətindən müxtəlif yerlərdən gəlmiş bir çox idmançılar kəmər və medal uğrunda mübarizə aparıblar. Yarışda Alpaqut Turan döyüş sənətinin qurucusu və dünya Alpaqut Federasiyası idarə heyətinin sədri Vasif Namazov və peşəkar S1 liqasının prezidenti Mərdan Vəliyev və bir sıra qonaqlar iştirak ediblər. Festivalın təşkilatçısı dünya çempionumuz Orxan Vəliyev olub. O, məqsədinin bütün Qazax şəhidlərinin xatirəsinə turnirlər, festivallar keçirərək şəhidlərimizi hər kəsə tanıdmaq olduğunu bildirib. Vasif Namazovla söhbətimiz zamanı o ,bu cür tədbirin keçirilməsini müsbət qiymətləndirib və nəinki Azərbaycanda eləcədə dünyada Alpaqut Turan döyüş sənətinin daha da populyarlaşdığını bildirdi. Həqiqətəndə görürük ki, doğma türk döyüş sənətimiz Alpaqut artıq dünyada öz sözünü deyir. Tədbirin aparıcısı və həmin turnirdə çempion olan idmançımız Vəli Ədiboğluda festival barədə xoş fikirlərini bildirdi. O Alpaqut turan döyüş sənətinin bizi dünyada tanıdan bir amil olduğunu bildirdi.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ