SON DƏQİQƏ

Azərbaycanda yeni federasiya yaradıldı

Tarix:

1-03-2018, 15:37

/ 10 594 dəfə oxundu.
Azərbaycanda yeni federasiya yaradıldı

Bu gün Milli Olimpiya Komitəsində (MOK) Azərbaycan Məktəb İdmanları Federasiyasının (AMİF) təqdimat mərasimi keçirilib.

Gunaz.az "Report"a istinadən xəbər verir ki, tədbirdə gənclər və idman naziri Azad Rəhimov, MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, AMİF-in prezidenti, millət vəkili Sevinc Hüseynova, təhsil nazirinin müavini Firudin Qurbanov, millət vəkili Fuad Muradov və digər şəxslər iştirak ediblər.

S.Hüseynova bildirilib ki, Beynəlxalq Məktəb İdmanları Federasiyası (İSF) beynəlxalq rəhbər orqandır və 1972-ci ildə Avropanın 21 ölkəsinin imzası ilə təsis edilib. O, təşkilatın əsas məqsədinin məktəblərdə yeniyetmələr arasında idmanın və sağlam həyat tərzinin aşılanması üçün beynəlxalq yarışların təşkilindən ibarət olduğunu söyləyib.

S.Hüseynova deyib ki, İSF-ə 43 idman növü daxildir. Azərbaycan məktəblərində isə 10-dan çox idman növü tədris olunur.

A.Rəhimov çıxışı zamanı yeni yaradılan qurumun görəcəyi işlərin böyük əhəmiyyət daşıyacağını vurğulayıb: "Azərbaycanda hazırda 83 federasiya fəaliyyət göstərir. AMİF 84-cüsü olacaq. Federasiyanın adı Azərbaycan Məktəb İdman Federasiyası olsa, daha yaxşı olar. Lakin bu, bir o qədər də önəmli deyil. Əsas olan federasiyanın görəcəyi işlərdir. İdmançılarımız məktəbdən formalaşır. Buna önəm verməliyik. Dünyada məktəbililər arasında bir sıra beynəlxalq yarışlar təşkil olunur. Bu federasiyanın gələcəkdə müxtəlif idman növləri üzrə qolları da ola bilər. Biz AMİF-ə kömək etməliyik. Həmçinin Təhsil Nazirliyi, müxtəlif cəmiyyətlər öz dəstəklərini verməlidirlər".

Qeyd edək ki, İSF-də 5 qitədən 90 üzv ölkə var. Təşkilat eyni zamanda, "Sport Accord"un üzvüdür və Beynəlxalq Olimpiya Komitəsi tərəfindən tanınır. Təşkilatın mərkəzi ofisi Belçikanın Antverpen şəhərində yerləşir.

AMİF 2017-ci ildə təsis olunub və Ədliyyə Nazirliyində qeydiyyatdan keçib. Azərbaycan bu il baş tutacaq Gimnaziya Oyunlarına beynəlxalq federasiyanın üzvü kimi qatılacaq.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ