SON DƏQİQƏ

Şirvanda qəza: ölən və yaralananlar var

Tarix:

30-05-2020, 17:47

/ 2 286 dəfə oxundu.
Şirvanda qəza: ölən və yaralananlar var

Şirvanda 1 nəfərin ölümü, 2 nəfərin isə xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib.

Hadisə günorta saatlarında şəhərin giriş qapısı yaxınlığında qeydə alınıb.

Belə ki, 10-MZ-256 dövlət qeydiyat nişanlı "Mercedes” markalı mikroavtobus "VAZ-2106” markalı avtomobillə toqquşub. Qəza nəticəsində Hacıqabul şəhər sakini, 1998-ci il təvəllüdlü İsmayılov Fərid Asəf oğlu hadisə yerində dünyasını dəyişib. Qəza zamanı həmçinin iki nəfər - 1999-cu il təvəllüdlü Ağayev Yaşar Bəkir oğlu və 1999-cu il təvəllüdlü Həmidov Maşallah Məhərrəm oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ