SON DƏQİQƏ

Şirvanda yol qəzası baş verib: 3 yaralı

Tarix:

13-02-2017, 21:57

/ 2 914 dəfə oxundu.
Şirvanda yol qəzası baş verib: 3 yaralı

Şirvanda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. 
Hadisə şəhərin Heydər Əliyev prospektində Şəhidlər Xiyabanının yaxınlığında qeydə alınıb. Belə ki, Şirvan şəhər sakini, 47 yaşlı Natiq Müzəffər oğlu Əhmədovun idarə etdiyi "Vaz-2105” markalı avtomobili qarşıdan gələn minik avtomobili ilə toqquşub. 
Hadisə nəticəsində "Vaz-2105”in sürücüsü və Hacıqabul sakini, 33 yaşlı Aytən Teyyub qızı Əsədova, Şirvan sakini, 18 yaşlı Anar Rasim oğlu Dadaşov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alanlar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Ilk tibbi yardımdan sonra "Vaz-2105”in sürücüsünün vəziyyəti ağır olduğundan reanimasiya, digər iki nəfər isə travmatologiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır. 

Gunaz.az

скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər