SON DƏQİQƏ
» » Şəmkirdə qəza: ölənlər və yaralananlar var

Şəmkirdə qəza: ölənlər və yaralananlar var

Tarix:

24-09-2018, 09:54

/ 10 288 dəfə oxundu.
Şəmkirdə qəza: ölənlər və yaralananlar var

Şəmkir rayonunda 2 nəfərin ölümü, daha 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un verdiyi məlumata görə, hadisə Gəncə-Şəmkir avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

"Mercedes" və "VAZ-2106" markalı avtomobillərin toqquşması nəticəsində 2 nəfər ölüb. Qəza zamanı daha 2 nəfər - Şəmkir rayon Seyfəli kənd sakini Qənbərov Mərdan Mikayıl oğlu və Gəncə şəhər sakini, 1957-ci il təvəllüdlü Qurbanova Sevda İskəndər qızı müxtəlif bədən xəsarətləri alıblar. Yaralılar xəstəxanaya yerləşdiriliblər. M. Qənbərovun vəziyyəti ağır qıymətləndirilir.

Ölənlərin kimlikləri dəqiqləşdirilir.

Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ