SON DƏQİQƏ
» » Şəmkirdə ağır yol qəzası – Bir ailənin 5 üzvü xəsarət aldı

Şəmkirdə ağır yol qəzası – Bir ailənin 5 üzvü xəsarət aldı

Tarix:

7-09-2018, 18:26

/ 10 256 dəfə oxundu.
Şəmkirdə ağır yol qəzası – Bir ailənin 5 üzvü xəsarət aldı

Şəmkir rayonunda yol qəzası baş verib.

GunAz.az Report-a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax avtomobil yolunun Şəmkir rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Tovuz rayon sakini, 1981-ci il təvəllüdlü Asif Nəsirəddin oğlu Cəfərovun idarə etdiyi “VAZ” markalı avtomobil digər avtomobillə toqquşub. Nəticədə onun özü, həyat yoldaşı, 1984-cü il təvəllüdlü Ramilə Cəlal qızı Nağıyeva və övladları – 2009-cu il təvəllüdlü İlkin Asif oğlu Cəfərli və 2007-ci il təvəllüdlü Lalə Asif qızı Cəfərova müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. Onların vəziyyətinin orta-ağır olduğu bildirilir.

Bundan başqa, qəza zamanı digər avtomobilin sürücüsü də xəsarət alıb. O, yaxınlarının köməyi ilə Gəncə şəhərindəki xəstəxanalardan birinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ