SON DƏQİQƏ
» » Mikroavtobus yük avtomobili ilə toqquşdu - xəsarət alanlar var

Mikroavtobus yük avtomobili ilə toqquşdu - xəsarət alanlar var

Tarix:

21-08-2018, 19:39

/ 10 225 dəfə oxundu.
Mikroavtobus yük avtomobili ilə toqquşdu - xəsarət alanlar var

Gəncə şəhərində yol qəzası baş verib.

GunAz.az xəbər verir ki, Hadisə şəhərin Şəmkir avtovağzalı adlanan ərazisinin yaxınlığında qeydə alınıb.

Belə ki, Gəncə-Qazax marşrutu üzrə hərəkət edən sərnişin mikroavtobusu ilə yük maşını toqquşub. Qəza nəticəsində mikroavtobusun 2 sərnişini - Ağstafa rayonunun Göycə kənd sakini, 1961-ci il təvəllüdlü Qafilə Paşa qız Paşayeva və 1992-ci il təvəllüdlü Röya Aşur qızı Bayramova müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. Onların vəziyyətlərinin qənaətbəxş olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ