SON DƏQİQƏ
» » Liviya ordusu irəliləyir: Qəzzafinin məmləkəti azad edildi

Liviya ordusu irəliləyir: Qəzzafinin məmləkəti azad edildi

Tarix:

6-06-2020, 22:01

/ 1 274 dəfə oxundu.
Liviya ordusu irəliləyir: Qəzzafinin məmləkəti azad edildi

Liviyada hökumət qüvvələri Sirt şəhərinin qərbindəki Vişke bölgəsini Haftar muzdlularından geri alıb.
GunAz.az xəbər verir ki, bunu Liviya ordusunun generalı İbrahim Əhməd Beytülmal deyib.
"Liviya ordusu Vişke bölgəsinə nəzarəti ələ aldıqdan sonra paytaxt Tripolinin 450 kilometr şərqində yerləşən Sirt şəhərinə doğru irəliləyib. Artıq ordu Sirtə 95 kilometr məsafədə yerləşən Buveyrat əl-Hasvan bölgəsinə çatıb”, - general bildirib.
***
Liviyada hökumət qüvvələri Sirt şəhərini də qiyamçı Xəlifə Haftardan geri alıb.
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Qeyd edək ki, Sirt şəhəri Liviyanı 42 il idarə etdikdən sonra 2011-ci ildə devrilərək öldürülən Muammər Qəzzafinin məmləkəti sayılır.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ