SON DƏQİQƏ
» » Liviya ordusu Tripoliyə doğru irəliləyir - Fövqəladə iclas olacaq

Liviya ordusu Tripoliyə doğru irəliləyir - Fövqəladə iclas olacaq

Tarix:

5-04-2019, 11:52

/ 10 191 dəfə oxundu.
Liviya ordusu Tripoliyə doğru irəliləyir - Fövqəladə iclas olacaq

Liviya milli ordusu feldmarşal Xəlifə Həftarın başçılığı altında paytaxt Tripoliyə doğru irəliləyir.

Bu barədə “Reuters” məlumat yayıb.

Ərəb dünyasının dəstəklədiyi X.Həftar BMT-nin xətti ilə yaradılmış milli birlik hökumətini zor gücünə buraxmağı planlaşdırır. Bu hərbi kampaniyanı feldmarşal “Tripolinin azadlığı uğrunda əməliyyat” adlandırıb. Bu əməliyyat Müəmmar Qəddafının 2011-ci ildə öldürülməsindən bəri davam edən hakimiyyət uğrunda çəkişmələri daha da kəskinləşdirib.

Paytaxtı mühasirəyə almağa çalışan Həftarın qoşunları cənub və qərb istiqamətdən yaxınlaşır. Birləşmələrin artıq Tripolidən 80 kilometr cənubda yerləşən Qaryna şəhərini tutduğu bildirilir. Gecə saatlarında istirahət üçün qoşunlar əsas hədəfdən 60 kilometr aralıda olan ərazidə düşərgə salıblar.

Tripolidə isə qanuni hökumətin müdafiəsi üçün özünümüdafiə qüvvələri toplanır.

BMT təhlükəsizlik Şurası bu gün Liviyada yaranmış vəziyyətlə bağlı fövqəladə iclas keçirməyi planlaşdırır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ