SON DƏQİQƏ
» » General Haftarın ordusu Türkiyə PUA-larının olduğu hava limanını vurduğunu bildirib

General Haftarın ordusu Türkiyə PUA-larının olduğu hava limanını vurduğunu bildirib

Tarix:

15-08-2019, 20:30

/ 1 303 dəfə oxundu.
General Haftarın ordusu Türkiyə PUA-larının olduğu hava limanını vurduğunu bildirib

Liviya paytaxtı Tripolinin qərbində yerləşən Zuvvara beynəlxalq hava limanı general Xəlifə Haftarın başçılıq etdiyi ordunun təyyarələri tərəfinfən aviazərbələrə məruz qalıb.

GunAz.az  libyaakhbar.com-a istinadla xəbər verir ki, bu barədə general Xəlifə Haftarın başçılıq etdiyi "Liviya Milli Ordusu"nun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, bu gün Tripolinin qərbində yerləşən Zuvvara hava limanında Türkiyədən gətirilmiş pilotsuz təyyarələrin anbarı vurulub.

İddia edilib ki, bu hava zərbələri nəticəsində Zuvvara hava limanlarında Türkiyə PUA-larının saxlanıldığı anbar dağıdılıb.

Qeyd edək ki, "Liviya Milli Ordusu" ötən ayın əvvəli ölkə səmasına və sularına girən Türkiyə gəmiləri və təyyarələrinin hədəfə alınacağını bildirmişdi.

"Liviya Milli Ordusu" Türkiyəni "Milli Barışıq Hökuməti"nə dəsrək verməkdə ittiham edir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ