SON DƏQİQƏ
» » Liviya paytaxtı ətrafındakı döyüşlərə görə 105 min insan qaçqın vəziyyətinə düşüb

Liviya paytaxtı ətrafındakı döyüşlərə görə 105 min insan qaçqın vəziyyətinə düşüb

Tarix:

29-06-2019, 19:13

/ 1 833 dəfə oxundu.
Liviya paytaxtı ətrafındakı döyüşlərə görə 105 min insan qaçqın vəziyyətinə düşüb

Son 3 ayda Liviya paytaxtı Tripoli ətrafında gedən döyüşlər nəticəsində 105 min insan ev-eşiyini tərk etməli olub.

GunAz.az Anadolu.Arabic-ə istinadla xəbər verir ki, bunu BMT-in mətbuat katibi Stefan Dujarrik deyib.

Ötən gün mətbuat konfransı zamanı BMT rəsmisi bildirib ki, Liviyada davam edəm daxili silahlı qarşıdurma 105 min şəxsin qaçqın vəziyyətinə düşməsinə səbəb olub.

Mənbə qarşıdurmaların getdiyi və təhlükənin hökm sürdüyü bölgələrdə də qida məhsulları və ərzaqların çox çətinliklə əldə edildiyini bildirib.

Xatırladaq ki, Liviyanın əksər hissəsini nəzarətdə saxlayan "Milli Ordu" general Xəlifə Həftərin 4 apreldəki hücum əmrindən sonra paytaxt istiqamətdə irəliləməyə başlayıb.

Hazırda "Liviya Milli Barışıq Hökuməti"nin qüvvələri paytaxtı və bir neçə sahil əyalətini Xəlifə Həftərin qüvvələrindən qorumağa çalışır.

 

скачать dle 12.1

Şərhlər