SON DƏQİQƏ

BMT: Liviyada hərbi cinayət törədildi

Tarix:

3-07-2019, 16:21

/ 1 877 dəfə oxundu.
BMT: Liviyada hərbi cinayət törədildi

Liviyanın paytaxtı Tripoli yaxınlığındakı Tacura ərazisində qeyri-leqal miqrantların sığınacaq mərkəzinə endirilən hava zərbələrini hərbi cinayət kimi qiymətləndirmək olar.

“RİA Novosti” xəbər verir ki, bunu BMT-nin Liviyada nizamlama üzrə xüsusi səfiri Həssən Salame deyib.

BMT-nin Liviyadakı missiyasının məlumatına görə, hava zərbələri nəticəsində 44 nəfər həlak olub, 130-dan çox adam xəsarət alıb.

Onun sözlərinə görə, bu zərbə hərbi cinayət səviyyəsinə çatıb. Məlumata əsasən, missiya dinc sakinlərə və infrastruktura, xüsusən səhiyyə sisteminə bütün hücumları dərhal dayandırmağa çağırıb.

Xatırladaq ki, marşal Xəlifə Haftarın başçılıq etdiyi Liviya Milli Ordusunun Hərbi Hava Qüvvələri Tripolidə hava əməliyyatının başladığını elan etmişdi.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ