SON DƏQİQƏ
» » Türk ordusu 30 kilometr irəlilədi: PKK-dan "cavab" addımı...

Türk ordusu 30 kilometr irəlilədi: PKK-dan "cavab" addımı...

Tarix:

9-10-2019, 22:13

/ 1 164 dəfə oxundu.
Türk ordusu 30 kilometr irəlilədi: PKK-dan "cavab" addımı...

Türkiyə Silahlı Qüvvələrinin Suriya Milli Ordusu ilə birlikdə Suriyanın şimalında PKK/YPG və İŞİD terror qruplaşmalarına qarşı "Sülh çeşməsi" (“Barış Pınarı”) əməliyyatı başlamışdır.

GunAz.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Məqsədimiz cənub sərhədlərimizdə yaradılmağa çalışılan terror koridorunu məhv etmək və bölgəyə sülh, əmin-amanlıq gətirməkdir”, - Ərdoğan bildirib.

Qeyd edək ki, Ərdoğanın açıqlaması ilə paralel olaraq Türkiyə mətbuatı Suriyanın Rasulayn bölgəsinin vurulmasına dair xəbərlər verib.

***

Türkiyə ordusu sərhəddən 30 kilometr içəriyə doğru hərəkət edib və PKK/YPG-nin hədəflərini məhv edib.

***

Türkiyə Silahlı Qüvvələri Tel-Abyaddakı hədəfləri də raketlərlə aramsız olaraq vurmağa başlayıb.

***

YPG/PKK terrorçuları Türkiyə hərbi təyyarələrinin hədəfini məhdudlaşdırmaq üçün təkərləri yandırıb. Ərazini tüstü bürüyüb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ