SON DƏQİQƏ
» » Türkiyə İraqın Sincar rayonunda əməliyyatlara başlayıb

Türkiyə İraqın Sincar rayonunda əməliyyatlara başlayıb

Tarix:

26-03-2018, 09:48

/ 10 247 dəfə oxundu.
Türkiyə İraqın Sincar rayonunda əməliyyatlara başlayıb

Türkiyə İraqın Sincar rayonunda antiterror əməliyyatlarına başlayıb.

Gunaz.az xəbər verir ki, Bunu Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Türkiyə prezidenti deyib: “Mən bizim Sincara daxil olmağa hazır olduğumuzu bildirmişdim və indi bu rayonda əməliyyatlar artıq başlayıb. Türkiyə terrorçularla mübarizəni öz torpaqlarında və qonşu ölkələrdə aparır”.

Rəcəb Tayyib Ərdoğan əlavə edib ki, Suriyanın Afrin bölgəsində aparılan “Zeytun budağı” əməliyyatının əvvəlindən 3747 terrorçu məhv edilib.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD, YPG və İŞİD terrorçularına qarşı əməliyyata başlayıb. “Zeytun budağı” adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin “F-16” təyyarələri də cəlb olunub.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ