Azərbaycan xalçaçılıq sənəti gənclər arasında təbliğ edilir

11 - 15 iyun il tarixlərində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Bizim Nəsil” Gənclərin Regional İnkişaf Assosiasiyası İctimai Birliyi tərəfindən Bakı şəhəri və Ağdam rayonunda “Azərbaycan Xalçaçılıq məktəblərinin gənclər arasında təbliği” layihəsi uğurla icra olunub. 

GunAz.az xəbər verir ki, layihənin həyata keçirilməsində əsas məqsəd yeniyetmə və gənclərin Azərbaycan xalçaçılıq sənəti və məktəbləri haqqında məlumatlılığının artırılması, mədəniyyətimizin bu sahəsinin təbliğinə və yaşadılmasına, yetişməkdə olan gənc nəslin vətənpərvərlik tərbiyəsinə töhfə verilməsi, bu sənət sahəsinə marağı olan istedadlı yeniyetmə və gənclərin aşkar olunmasına kömək etmək olub.

Layihə çərçivəsində keçirilən seminarlar vasitəsilə yeniyetmə və gənclərə Azərbaycan xalçaçılıq sənətinin tarixi, inkişaf yolu və bugünkü vəziyyəti haqqında, Azərbaycan Xalçaçılıq məktəbləri və bu məktəblərə məxsus xalçaların özünəməxsus naxışları, ornamentləri və mənaları, toxunma texnikaları haqqında faydalı məlumatlar verilib. Seminarlarda layihə çərçivəsində DVD formatında xüsusi hazırlanmış “Azərbaycan Xalçaçılıq məktəbləri” infovideo - videoçarxından istifadə edilib, məlumatlar gənclərə interaktiv formada çatdırılıb.

Seminarlarla yanaşı layihədə iştirak edən gənclərlə birlikdə Azərbaycan Xalça Muzeyinə, “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Ağdam filialına ekspozisiyalarla və istehsalat prosesi ilə əyani tanışlıq üçün ekskursiyalar təşkil olunub.

Ekskursiyalar zamanı bələdçilər tərəfindən muzeydə sərgilənən Azərbaycan xalçalarının tarixi, onların tərtibatı və növü haqqında gənclərə dəyərli məlumatlar verilib, həmçinin gənclər boyaqçılıq, bədii tərtibat, toxuculuq və bərpa emalatxanalarında olmuş və xalçaların istehsal prosesini yaxından görmək fürsəti əldə ediblər.

Layihə iştirakçılarına “Azərbaycan Xalçaçılıq məktəbləri” mövzusunda hazırlanmış buklet, infovideo DVD disk və digər nəşr – poliqrafiya məhsulları paylanıb.

N.SAFURA

скачать dle 10.6фильмы бесплатно
[xfvalue_video]