SON DƏQİQƏ
» » “Aprel səlnaməsi” sosial layihəsi icra edilmişdir

“Aprel səlnaməsi” sosial layihəsi icra edilmişdir

Tarix:

28-03-2018, 13:41

/ 10 344 dəfə oxundu.
“Aprel səlnaməsi” sosial layihəsi icra edilmişdir

20 Noyabr 2017 – 20 Fevral 2018 tarixləri aralığında Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə layihə rəhbəri Təbriz Cəfərovun rəhbərliyi ilə “Aprel səlnaməsi” sosial layihəsi icra edilmişdir.

Layihənin koordinatoru Erol Azərinin Gunaz.az saytına verdiyi məlumata görə, layihə çərçivəsində Bakı şəhərinin müxtəlif orta məktəblərində şagirdlər arasında təlimlər keçirilmiş və onlara “Aprel döyüşləri”nə dair məlumatlar verilmişdir.

Ümumilikdə 200-ə qədər gənci əhatə edən layihə zamanı interaktiv tədris metodları tətbiq edilməklə gənclərə vətənpərvərlikdən,  vətənin müdafiəsi üçün canından keçmiş qəhrəmanlardan  danışılmış, müvafiq mövzu ilə bağlı  çap materialları paylanılmışdır.

Erol Azəri onu da əlavə etmişdir ki, “Aprel səlnaməsi” layihəsinin əsas məqsədi gənclərin hərbi-vətənpərvərlik sahəsində biliklərini artırmaq, “Aprel döyüşləri” zamanı şəhid olmuş qəhrəman əsgərlərimizin şücaətlərini təşviq etməkdən ibarət olmuşdur.

Qeyd edək ki, "Aprel səlnaməsi" layihəsi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun 10-cu qrant müsabiqəsinin qalibi olmuşdur.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ