SON DƏQİQƏ

“Dərsdən sonra” layihəsinə yekun vuruldu

Tarix:

28-03-2018, 13:36

/ 10 457 dəfə oxundu.
“Dərsdən sonra” layihəsinə yekun vuruldu

01 Dekabr 2017 – 01 Mart 2018 tarixləri aralığında Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Dərsdən sonra” sosial layihəsi icra edilmişdir.

Layihə rəhbəri Sübhan Abdullasoyun Gunaz.az saytına verdiyi məlumata görə, layihə çərçivəsində Bakı şəhərinin müxtəlif orta məktəblərində şagirdlər arasında təlimlər keçirilmiş və onlara boş vaxtlarının səmərəli istifadəsinə dair məlumatlar verilmişdir.

Ümumilikdə 200-ə qədər gənci əhatə edən layihə zamanı interaktiv tədris metodları tətbiq edilməklə gənclərə şahmat və dağçılıq idman növlərinin tarixindən və əhəmiyyətindən danışılmış, həmin idman növlərinin təşviqinə dair çap materialları paylanılmışdır.

Sübhan Abdullasoy onu da əlavə etmişdir ki, “Dərsdən sonra” layihəsinin əsas məqsədi gənclərin vaxtın idarəedilməsi sahəsində biliklərini artırmaq, zərərli vərdişlərdən uzaq tutularaq idman ilə məşğul olmağa təşviq etməkdən ibarət olmuşdur.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ