SON DƏQİQƏ
» » Prezident Gənclər və İdman Nazirliyinə pul ayırdı — 16,5 milyon manat

Prezident Gənclər və İdman Nazirliyinə pul ayırdı — 16,5 milyon manat

Tarix:

23-03-2018, 18:33

/ 10 378 dəfə oxundu.
Prezident Gənclər və İdman Nazirliyinə pul ayırdı — 16,5 milyon manat

Azərbaycan Prezidenti İlham Əliyev Beyləqan rayonunda Olimpiya İdman Kompleksinin tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Gunaz.az xəbər verir ki, sərəncamla Beyləqan rayonunda Olimpiya İdman Kompleksinin layihə-smeta sənədlərinin hazırlanması və tikintisinin başa çatdırılması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.9.11-ci yarımbəndində göstərilmiş məbləğin 16,5 milyon (on altı milyon beş yüz min) manatı Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə ayrılıb.

скачать dle 12.1

Şərhlər