SON DƏQİQƏ
» » Bakıətrafı dəmir yolu xəttinin təmiri və tikintisinə 100 milyon manat ayrıldı

Bakıətrafı dəmir yolu xəttinin təmiri və tikintisinə 100 milyon manat ayrıldı

Tarix:

7-03-2018, 19:25

/ 10 463 dəfə oxundu.
Bakıətrafı dəmir yolu xəttinin təmiri və tikintisinə 100 milyon manat ayrıldı

Azərbaycan prezidenti İlham Əliyev Bakı şəhərətrafı dəmir yolu xəttinin layihə-smeta sənədlərinin hazırlanması, əsaslı təmiri və tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Gunaz.az-ın  məlumatına görə, akı şəhərətrafı dəmir yolu xəttinin layihə-smeta sənədlərinin hazırlanması, tikinti altına düşən torpaqların özgəninkiləşdirilməsi, əsaslı təmiri və tikintisi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.3.7-ci yarımbəndində göstərilmiş məbləğin 100 milyon manatı “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə ayrılıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ