SON DƏQİQƏ

“Azərxalça”ya 2 milyon manat ayrıldı

Tarix:

15-02-2018, 17:48

/ 1 222 dəfə oxundu.
“Azərxalça”ya 2 milyon manat ayrıldı

Prezident İlham Əliyev fevralın 15-də “Naxçıvan şəhərində xalça istehsalı emalatxanasının tikintisi, təchizatı və infrastrukturunun yaradılması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.

Gunaz.az-ın xəbərinə görə, sərəcamda deyilir ki, Naxçıvan şəhərində xalça istehsalı emalatxanasının tikintisi, avadanlıq və dəzgahlarla təchizatı və infrastrukturunun yaradılması məqsədilə Prezidentin 2018-ci il 22 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.49.5-ci yarımbəndində göstərilmiş məbləğin 2 milyon manatı “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ