SON DƏQİQƏ
» » «Gənc Sahibkarlığa Dəstək Məktəbi»: GPM növbəti layihəsinə start verib

«Gənc Sahibkarlığa Dəstək Məktəbi»: GPM növbəti layihəsinə start verib

Tarix:

17-11-2017, 16:35

/ 1 594 dəfə oxundu.
«Gənc Sahibkarlığa Dəstək Məktəbi»: GPM növbəti layihəsinə start verib

 Gənc Politoloqlar Mərkəzi (GPM) Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirəcək nDünənövbəti layihəsinə start verib.

Gunaz.az xəbər verir ki , konfransı GPM-in sədr müavini Elşən Orucov açaraq bildirib ki, həyata keçiriləcək layihə üç ay davam edəcək. Layihənin əsas məqsədi biznes quruculuğu və sahibkarlığın inkişafında gənclərin rolunun artırılmasından ibarətdir. Bu dəfə Gənc Politoloqlar Mərkəzi "Gənc Sahibkarlığa Dəstək Məktəbi" layihəsinin icrasına önəm verib.

GPM-in rəhbəri İlkin Əliyev bildirib ki, gənclərin sahibkarlıq və biznes idarəçiliyi sahəsində yeni bilik və bacarıqlarla təmin edilməsi onlarin cəmiyyətin inkişafında verə biləcəyi töhfəsinə olan dəstəkdir. Bu cür bilik və bacarıqlar eyni zamanda onların gələcək məşğulluğuna istiqamət verə bilər. Bu baxımdan Gənc Politoloqlar Mərkəzi olaraq bu cür təlim layihələrinin gənclər arasında həyata keçirilməsini məqsədəuyğun hesab edirik.

Daha sonra o, bildirdi ki, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən layihə üç ay davam edəcək. Layihənin əsas məqsədi biznes quruculuğu və sahibkarlığın inkişafında gənclərin rolunun artırılmasından ibarətdir.

Tədbir iştirakçılarına xatırladılıb ki, Gənc Politoloqlar Mərkəzi 1997-ci ildən fəaliyyət göstərir və təşkilatın əsas məqsədi hüquqi-demokratik cəmiyyətin fəal iştirakçıları olan gənclərin siyasi və hüquqi təhsil və biliklərinin artırılmasına və təkmilləşdirilməsinə dəstək olmaqdan ibarətdir və prezident İlham Əliyevin dediyi kimi: “Biz gənc alimlərə dəstək olmaqla yanaşı, onların inkişaf etməsi üçün hər cürə köməklik göstərməliyik. Bütün təşkilatlar gənclərə dəstək olmaq üçün hər cür şərait yaratmalıdır”.

Tədbirdə Beynəlxalq Sülhün Təbliği Fondunun təsisçisi və rəhbəri Əlikram Müzəffər çıxış edərək GPM-in rəhbərliyini təbrik edib və onlara gələcək işlərində uğurlar diləyib.

Tədbirdə çıxış edən Sabunçu rayon İcra Hakimiyyətinin nümayəndəsi Murad Cənnətov xatırladıb ki, GPM-in keçirdiyi layihələrdə şəxsən iştirak edir və burada gənclərimizə hər cürə dəstək görüb. Ona görə tədbirdə iştirak edən gənclərə məsləhət gördü ki, öz layihələri ilə bu mərkəzə müraciət etsinlər və istədiklərinə nail olsunlar.

Tədbirin sonunda GPM-in rəhbəri İlkin Əliyev onu da qeyd edib ki, layihənin icrası zamanı yerli icra hakimiyyətləri və onların gənclərlə iş üzrə şöbələri, həmçinin gənclər təşkilatları, yerli təhsil qurumları və digər əlaqədar qurumlarla əməkdaşlıq edirlər.

 

 

 

 

 

 

 

 

скачать dle 12.1

Şərhlər