SON DƏQİQƏ
» » Respublika Gününə həsr olunmuş layihələrin təqdimatı olub

Respublika Gününə həsr olunmuş layihələrin təqdimatı olub

Tarix:

27-05-2019, 18:34

/ 1 343 dəfə oxundu.
Respublika Gününə həsr olunmuş layihələrin təqdimatı olub

GunAz.az xəbər verir ki, 28 may Respublika Gününə həsr olunmuş “Gənclik üçün oxu” və “Musiqimiz” layihələrinin təqdimat mərasimi keçirilib. Tədbiri giriş sözü ilə açan “Cavan” Gənclər Hərəkatı İctimai Birliyinin icraçı direktorunun müavini, layihə rəhbəri Murad Ağabəyli hər iki layihənin məqsədi və icra prosesi haqqında geniş məlumat verib. Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov çıxış edərək Fondun gənclər üçün yaratdığı imkanlardan, eləcə də, layihənin önəmindən bəhs edib.

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin aparat rəhbərinin müavini, beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbəsinin müdiri Vasif Eyvazzadə çıxışında nazirliyin mədəniyyət sahəsində gənclərdən gələn ideyaların dəstəklənməsində maraqlı olduğunu, bu cür əməkdaşlıqların davamlı olacağını qeyd edib.

Daha sonra hər iki layihə çərçivəsində hazırlanmış kliplərin təqdimatı baş tutub, iştirakçılara təşəkkürnamə və hədiyyələr verilib.

“Gənclik üçün oxu” və “Musiqimiz” layihələrinin əsas məqsədi Azərbaycanın klassik əsərlərinin gənclər arasında təbliği, onlar arasında vətənpərvərlik ideyalarının gücləndirilməsi, gənc musiqiçilərin ictimaiyyətə tanıdılmasından ibarətdir.

“Gənclik üçün oxu” layihəsində ümumilikdə 40-dan çox musiqiçi iştirak edib. Musiqisi Müslüm Maqomayevə, sözləri Nəbi Xəzriyə aid “Azərbaycan” mahnısı yeni formada aranjiman olunaraq, gənclər tərəfindən ifa edilib, daha sonra klip çəkilişləri baş tutub.

“Musiqimiz” layihəsində Fikrət Əmirovun “Poema Monoloq” əsəri gənc musiqiçilər tərəfindən violonçel və pianoda ifa edilib.

Qeyd edək ki, “Gənclik üçün oxu” layihəsi Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi, “Musiqimiz” layihəsi isə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Cavan” Gənclər Hərəkatı İctimai Birliyi tərəfindən həyata keçirilib. Hər iki layihənin davamlı olaraq həyata keçirilməsi nəzərdə tutulur.

N.SAFURA

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ