SON DƏQİQƏ
» » Yaponiyanın baş naziri Əli Əsədova məktub ünvanlayıb

Yaponiyanın baş naziri Əli Əsədova məktub ünvanlayıb

Tarix:

12-08-2022, 15:03

/ 2 397 dəfə oxundu.
Yaponiyanın baş naziri Əli Əsədova məktub ünvanlayıb

Yaponiyanın Baş naziri Fumio Kişida ölkəsinin görkəmli dövlət xadimi, sabiq Baş nazir Şinzo Abenin ölümü ilə əlaqədar ona başsağlığı məktubu ünvanladığına görə Azərbaycan Respublikasının Baş naziri Əli Əsədova təşəkkür edib.

Bu barədə Nazirlər Kabinetindən məlumat verilib.

Təşəkkür məktubunda F.Kişida cari ilin sentyabr ayında Azərbaycan-Yaponiya diplomatik əlaqələrinin qurulmasının 30 illiyinin qeyd olunacağını xüsusi vurğulayıb. İki ölkə arasında müxtəlif sahələrdə geniş əməkdaşlıq münasibətlərinin inkişaf edəcəyinə ümidvarlıq ifadə olunub.

Yaponiyanın Baş naziri bildirib ki, Azərbaycan ilə Yaponiya arasında dostluq münasibətlərini inkişaf etdirmək üçün çalışmış Ş.Abenin iradəsinin davamçısı olaraq ikitərəfli əlaqələrin daha da möhkəmlənməsi istiqamətində səylərini əsirgəməyəcəkdir.

скачать dle 12.1

Şərhlər