SON DƏQİQƏ

Mehriban Əliyeva çempionları təbrik etdi

Tarix:

24-06-2022, 19:16

/ 1 113 dəfə oxundu.
Mehriban Əliyeva çempionları təbrik etdi

Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi  instaqram səhifəsində Avropa və dünya çempionatlarının mükafatçılarını təbrik edib.

Təbrikdə deyilir:

"Yeniyetmələr və böyüklər arasında yaxın günlərdə keçirilmiş qılıncoynatma, bədii gimnastika, cüdo, güləş və karate üzrə Avropa çempionatlarının mükafatçısı olan bütün idmançılarımızı, həmçinin Dünya çempionatında qızıl medal qazanmış paraüzgüçülərimizi səmimi-qəlbdən təbrik edirəm! Sizin qələbəniz mükəmməl hazırlığın, məqsədyönlülüyün və iradənin əyani sübutudur! Hamınıza möhkəm cansağlığı, sevinc və yeni nailiyyətlər arzulayıram!"

скачать dle 12.1

Şərhlər