SON DƏQİQƏ
» » Azərbaycanla Türkiyənin strateji müttəfiqliyi heç bir ÖLKƏYƏ QARŞI YÖNƏLMƏYİB

Azərbaycanla Türkiyənin strateji müttəfiqliyi heç bir ÖLKƏYƏ QARŞI YÖNƏLMƏYİB

Tarix:

16-06-2022, 16:35

/ 2 167 dəfə oxundu.
Azərbaycanla Türkiyənin strateji müttəfiqliyi heç bir ÖLKƏYƏ QARŞI YÖNƏLMƏYİB

TeyyubQənioğlu

AzərbaycanlaTürkiyənin strateji müttəfiqliyi heç bir ölkəyə qarşı yönəlməmişdir, yeganəməqsədləri, istəkləri regionumuzda, bütövlükdə Qafqazda sülhvə sabitlik yaradılmasına nail olmaqdır!

                15 iyun 2021-ci ildə Şuşa şəhərində Azərbaycanla Türkiyə arasında müttəfiqlik haqqında imzalanmış birgə bəyannamə Azərbaycan dövlətinin tarixində dərin iz buraxmış və xalqımızın yaddaşında əlamətdar gün kimi daim qalacaqdır. Şuşa Bəyannaməsinin imzalanmasından ötən bir il göztərdi ki, o, Azərbaycanımızın süverenliyinin, ərazibütövlüyünün təminatçısı kimi xüsusi əhəmiyyət daşıyır. Bu Bəyannamə bəzi bədxah qonşularımızı, eləcədə Fransa, ABŞ kimi ermənipərəs tdövlətləri Azərbaycana qarşı dost olmayan münsibətlərini korrektə etməyə məcbur etmişdir. Məsələn, İranın Azərbaycan, Rusiya və Ermənistan arasında10 noyabr 2020-ci ildə imzalanmış, Zəngəzur dəhlizinin açılmasını da nəzərdə tutan, üçtərəli sazişə mənfimünasibəti məlumdur. Zəngəzur dəhlizinin açılmasında maraqlı olmayan İran bəyan etmişdi ki, o, regionda sərhədlərin dəyişdirilməsinin əleyhinədir və buna imkan verməyəcəkdir. Hətta müxtəlif bəhanələrlə sərhədlərimizə qoşun da yeritmişdi. Ancaq Şuşa Bəyannaməsinin imzalanması İran üçün soyuqduşeffekti yaratdı. Zəngəzur dəhlizi ilə bağlı mövqeyini dəyişən İran öz ərazisindən keçməklə Azərbaycanın Qərb regionu ilə Nxaçıvan arasında əlaqə yaradılmasına imkanverən dəhlizin öz ərazisindən keçməsi üçün Azərbaycanla müvafiq anlaşma imzalamaq qərarına gəldi. Şuşa Bəyannaməsi imzalanandan sonra qatı ermənipərəst mövqeyiilə seçilən Fransanın, eləcə da ABŞ-nın Azərbaycanın mövqyini müəyyən dərəcədə nəzərə alan siyasət yeritdiyinin şahidi oluruq. Fərruxkəndi ətrafında başverən hadisələr göstərdi ki, Rusiya da Azərbaycanın mövqeyi ilə razılaşmaq məcburuiyyətdədir. Nala-mıxa vurmasına, bəzi xarici qüvvələrin, xüsusilə də Rusiyanın, qızışdırıcı mövqeyinə baxmayaraq Ermənistan da gec-tez reallıqla barışmalı olacaqdır və bunun bəzi simptomları hiss edilməkdədir və s.

Şuşa Bəyannaməsinin imzalanması Azərbaycanla yanaşı Türkiyə üçün də xüsusi əhəmiyyət daşıyır və Türkiyə bu Bəyannaməyə xüsusi əhəmiyyətt verir. 15 iyun 2022-ci ildə Şuşa şəhərində YAP ilə Türkiyənin AK Partisinin birgə təşkilatçılığı ilə, Şuşa Bəyannaməsinin birinci ildönümünə həsr olunan "Azərbaycan-Türkiyə strateji müttəfiqli kmü nasibətləri Qafqaz və region üçün sülh və sabitlik mənbəyidir” mövzusunda beynəlxalq konfransın keçirilməsi buna bariz nümunədir. Konfransın işində Türkiyə tərəfindən AK Parti sədrinin birinci müavini, Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Şurasının sədri, İzmir millət vəkili, Türkiyənin keçmiş Baş Naziri cənab BinəliYıldırımın rəhbərliyi ilə yüksək səviyyəli nümyaəndə heyətinin iştirakı Türkiyənin Şuşa Bəyannaməsinə verdiyi önəmi bariz şəkildə bütün dünyaya bir daha nümayiş etdirdi. Azərbaycan tərfindən konfransda Azərbaycan Respublikası PA-nın Siyasi Partiyalar və Qanunvericilik Hakimiyyəti İlə Əlaqələr şöbəsinin müdiri, Cənab ƏdalətVəliyevin, şöbə əmkdaşlarının, Azərbaycanda fəaliyyət göstərən siyasi partiya sədrlərinin, YAP sədrinin müavini, Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun rəhbərliyi ilə partiya təmsilçilərinin, millət vəkillərinin, eləcədə Azərbaycan Respublikasının KəndTəsərrüfatı və Mədəniyyət nazirlərinin, Xarici İşlər Naziri müavininin iştirakı da dövlətimiz bu konfransa xüsusi əhməyyət verdiyini göstərdi. Şuşa şəhərində yüksək səviyyədə keçirilmiş konfransa da həmTürkiyə, həm də Azərbaycan təmsilçilərinin çıxışları, söylədiyi fikirlər bir daha dünyaya, xüsusilə də bədxahlarımıza göstərdi ki, Azərbaycan və Türkiyə birlikdədir, bir yedədir və bu daim belə olacaqdır! Konfarns bir daha göstərdi ki, Azərbaycanla Türkiyənin strateji müttəfiqliyi heç bir ölkəyə qarşı yönəlməmişdir, yeganə məqsədləri, istəkləri regionumuzda, bütövlükdə Qafqazda sülh və sabitlik yaradılmasına nail olmaqdır! Məqsəd bəllidir, hədəfbəllidir! Buna mane olmaq istəyənlər bir daha düşünsünlər!


скачать dle 12.1

Şərhlər