SON DƏQİQƏ
» » Əsli Kazımova: “Hər iki bəyənnamə bölgədəki sabitlik, sülh və əminamanlıq üçün olduqca önəmlidir”

Əsli Kazımova: “Hər iki bəyənnamə bölgədəki sabitlik, sülh və əminamanlıq üçün olduqca önəmlidir”

Tarix:

23-02-2022, 12:39

/ 2 258 dəfə oxundu.
Əsli Kazımova: “Hər iki bəyənnamə bölgədəki sabitlik, sülh və əminamanlıq üçün olduqca önəmlidir”

"İki  dövlət arasında qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında bəyənnamənin qəbul edilməsi, ən az Şuşa Bəyənnaməsi qədər önəmli xarakter daşıyır”.

GunAz.az xəbər verir ki, bunu mətbuata açıqlamasında Azərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımova  Azərbaycan və Rusiya arasında imzalanmış  müttəfiqlik haqqında bəyannamə ilə bağlı danışarkən deyib. Onun sözlərinə görə, hər kəs bilməlidir ki, Azərbaycan öz qonşuluq münasibətlərini müttəfiqlik, qarşılıqlı fəaliyyət əsasında qurmağa üstünlük  verir: "

43 maddədən ibarət Bəyannamə birmənalı olaraq,  Rusiya və Azərbaycan  arasında konstruktiv əməkdaşlığı dərinləşdirmək məqsədi daşıyır. Belə ki, qarşılıqlı əməkdaşlığın dərinləşdirilməsi, inkişaf etdirilməsi regiona böyük tövhə verə bilər. 

İki ölkə arasında bu bəyənnaməyə əsasən ölkələr  beynəlxalq terrorçuluq, ekstremizm və separatçılıq təhdidlərinə, transmilli mütəşəkkil cinayətkarlığa, silahların, narkotik vasitələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə, insan alveri və informasiya-kommunikasiya texnologiyaları sahəsində cinayətlərə, eləcə də digər yeni təhlükəsizlik çağırışlarına qarşı mübarizədə və onların neytrallaşdırılmasında səylərini birləşdirirlər.

Qarşılıqlı hesablaşmalarda milli valyutalardan istifadəyə, bank kartlarına birgə xidmət daxil olmaqla ödəniş sistemlərinin qarşılıqlı uyğunluğuna, eləcə də iki ölkənin bankları arasında birbaşa müxbir münasibətlərin inkişaf etdirilməsinə imkan yaratmaq  kimi önəmli aspektlər belə bəyyənnamədə yer alır. 
 
İki ölkə arasında hərbi əməkdaşlığın da inkişaf etdirilməsi ilə yanaşı, diaspor təşkilatlarının fəaliyyətinin təşviqi, humanitar, mədəniyyət və incəsənət, təhsil, elm, turizm, idman və digər sahələrə aid maddələrinin də yer alması, Azərbaycan və Rusiya arasında nümunəvi qonşuluq təcrübəsi kimi dəyərləndirilməlidir. Hesab edirəm ki, Azərbaycanın Türkiyə ilə Şuşa Bəyənnaməsini imzalamaqla, Rusiya ilə Müttəfiqlik Bəyənnaməsini imzalamaqla yeni inkişaf mərhələsinə keçid aldı. Hər iki bəyənnamə bölgədəki sabitlik, sülh və əminamanlıq üçün olduqca önəmlidir”.

Daha sonra ASRP sədri Rusiya və Ukrayna məsələsi ilə bağlı da münasibət bildiririb: " Azərbaycan hər zaman sülh tərəfdarı olub. Azərbaycan Rusiya ilə bu gün müttəfiqlik bəyənnaməsi imzaladı. Amma Ukrayna Azərbaycan münasibətləri də günü gündən inkişaf etməkdədir. Azərbaycan Ukraynanın ərazi bütövlüyünü tanıyır. Azərbaycan daxil olmaqla əlbəttə ki, heç bir MDB dövləti post sovet məkanında müharibə olmasını istəməz. Ümumiyyətlə hazırda başlanan istənilən müharibə heç bir tərəf üçün faydalı olmayacaq. Qərb  və ABŞ birmənalı olaraq, Ukraynanı qızışdırıb, müharibəyə sürükləyirlər. Bu gün etiraf etmək gərəkir ki, Avropanın 40%  təbii qaz ehtiyacını  Rusiya təmin edir. Sizcə Qərb qışın bu vaxtında Ukraynanı dəstəkləmək bahasına o 40% Rusiya qazından imtina edəcəkmi? Ukrayna dövləti də bu reallıqların çox yaxşı fərqindədir. Hesab edirəm, tərəflər danışıqlar yolu ilə məsələnin həllinə səy göstərməlidirlər. Düşünürəm ki, Azərbaycan bölgədə sülh və barışın qarantına çevrilmiş bir dövlət olaraq, tərəfləri sadəcə və sadəcə sülhə səsləyə bilər”.

Fəridə Qafarqızı
скачать dle 12.1

Şərhlər