SON DƏQİQƏ
» » Əsli Kazımova: “Bu hər birimizin sosial məsuliyyətidir”

Əsli Kazımova: “Bu hər birimizin sosial məsuliyyətidir”

Tarix:

1-11-2021, 17:17

/ 2 278 dəfə oxundu.
Əsli Kazımova: “Bu hər birimizin sosial məsuliyyətidir”


"Bu gün pandemiya ilə mübarizə  hər birimizin birinci dərəcəli sosial məsuliyyətidir”
 
Bunu GunAz.az-a açıqlamasında Azərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımova deyib.
 
Onun sözlərinə görə, vətəndaşlar birmənalı olaraq vaksinasiya prosesində aktiv iştirak etməlidir: "Xalq bilməlidir ki, dövlət birmənalı olaraq onların təhlükəsizliyi üçün əlindən gələni edir. Düşünürəm ki, hər bir Azərbaycan vətəndaşı pandemiya ilə mübarizənin tək yolunun peyvənd olumaq gərəkdiyini bilməlidir. Bu gün dövlətimiz vətəndaşlara vaksiyaniya prosesində  4 növ vaksin seçimə haqqı verir. Statistik məlumatlara görə, ölkəmizdə aparılan peyvənd kampaniyası çərçivəsində "Sinovak”, "AstraZeneca”, "Pfizer” və "Sputnik” vaksinləri ilə 9 milyon dozadan artıq peyvənd istifadə edilib. Tibbi baxımdan immun sistemi vaksini antigen kimi qəbul edir və ona qarşı anticisimlər yaradır. Orqanizm peyvənd vasitəsilə virusla tanış olduğu üçün artıq xəstəliklə qarşılaşanda hazırlıqlı olur və ağırlaşmanın qarşısı alınır.
 
Son zamanlar bir çox hamilə qadınların Covid-19-a qarşı peyvənd olunmadıqları üçün həm bətnlərindəki körpəni, həm də öz həyatlarını itirirlər. Bu çox məyusedicidir. Bu gün qeyd edilən "Buster” peyvəndin gücləndirici dozasıdır. Buster dozasının əhəmiyyəti dünyada müşahidə olunan tendensiyalar COVID-19 ilə mübarizə üsullarının təkmilləşdirilməsini və qabaqcıl tədbirlərinin görülməsini zəruri edir. Bütün bunları nəzərə almaq vacibdir. Hər kəs bilməlidir ki, bütün dünyada mütəxəssislər pandemiya ilə mübarizə aparır. Buna görə də, əhali həmin mübarizədə aktiv iştirak etməlidir. Bunun isə tək yolu vaksinasiyadır!”
 
Fəridə Qafarqızı
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ