SON DƏQİQƏ
» » Parlamentin təkrar buraxılması xəbəri həssas məsələdir

Parlamentin təkrar buraxılması xəbəri həssas məsələdir

Tarix:

5-08-2021, 08:58

/ 2 419 dəfə oxundu.
Parlamentin təkrar buraxılması xəbəri həssas məsələdir

Partiya sədri: «Bu kimi həssas məsələlərdə ölkə rəhbərliyinin dövlət idarəçiliyi ilə bağlı strateji planları var»

 

«Son günlər Milli Məclisin təkrar buraxılması və ya Konstitusiyada dəyişiklik edilməsi üçün referendumun keçirilməsi ilə bağlı dezinformasiyaların yayılması həssas məsələdir». Bunu «Azad Azərbaycan»a açıqlamasında Azərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımova deyib.

Onun sözlərinə görə, bu kimi həssas məsələlərdə ölkə rəhbərliyinin dövlət idarəçiliyi ilə bağlı strateji planları var. Partiya sədri qeyd edib ki, Azərbaycan çox güclü dövlət idarəçiliyinə sahib bir ölkədir: «Azərbaycan güclü strategiyaya və tədbirlər planına sahibdir. Dövlət üçün olduqca əhəmiyyətli olan məsələlərin qulaqdan dolma fikirlərlə idarə olunmadığını hər kəs bilməlidir. Cənab Prezidentin dövlət idarəçilik modelini nəinki xalqımız, hətta bir çox dövlətlər Pandemiya ilə mübarizə dövründə də, Böyük Vətən müharibəsi dövründə də, hətta hazırda post müharibə dövründə də müşahidə edir».

Ə.Kazımova hesab edir ki, bu gün dövlətimiz üçün önəmli məsələlərdən biri işğaldan azad olunmuş ərazilərin bərpası və "Böyük qayıdış”ın realaşdırılmasıdır: «Vətən müharibəsindən öncə Cənab Prezidentin müdrük və uzaqgörən siyasəti ilə ölkədə köklü islahatlar aparıldı. Bu islahatlar ölkəmiz və Xalqımız üçün böyük əhəmiyyətə malik idi. Hazırda Azərbaycanın təkmil və ahəngdar dövlət idarəçiliyi mövcuddur. Hakimiyyət bölgüsü də, hesab edirəm olduqca aydın və mütəşəkkildir. Bu gün dövlət qurumlarının fəaliyyət mexanizmi bir birinin işini nəinki tamamlayır, həm də dövlət idarəçiliyi strategiyasını daha effektli edir”.

 

Bilman İSAQ

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ