SON DƏQİQƏ
» » Ermənistan tarix boyu reallıqları qəbul etməyib

Ermənistan tarix boyu reallıqları qəbul etməyib

Tarix:

3-06-2021, 08:45

/ 1 300 dəfə oxundu.
Ermənistan tarix boyu reallıqları qəbul etməyib


 

Əsli Kazımova: "Ermənistanda Rusiya yönlülərlə Sorosçular arasında böyük çəkişmə var” "Ermənilər öz məkirli siyasətlərindən əl çəksələr bir dövlət kimi süquta uğrayacaqlarını yaxşı bilirlər”. Bunu «Azad Azərbaycan»a açıqlamasında Azəbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımova deyib.

Onun sözlərinə görə, Ermənistan illərdir öz millətini Azərbaycan və Türkiyə ilə qorxudaraq, onları sözün əsl mənasında idarə edirdi: "İndi biz onlarla sülh bağlamışıq. Yəni erməninin dövlət idarəçiliyində tətbiq etdiyi tək yolu olan məkirli siyasəti əllərindən almışıq. Rəsmi İrəvan başqa cür idarəçilik bilmir. Bunu tarixən Qriboyedov da öz yazıları ilə təsdiqləyir. Qriboyedov öz xatirələrində hətta yazır ki, ermənilər öz ac xalqını idarə edə bilmək üçün, mütəmadi ya özünə məxsus olmayan nə varsa zor tətbiq edərək özəlləşdirir, ya da qəsbkarlıq kimi məkirli siyasət yürüdərək, daha yaxşı yaşaya bilmək üçün öz xalqını qurban verərdi».

Ə.Kazımova bildirib ki, eyni hadisələri biz indi də görürük, Ermənistan vətəndaş müharibəsinin astanasındadır: «Ermənistanda Rusiya yönlülərlə Sorosçular arasında böyük bir çəkişmə var. Belə olan halda, xalqı sadəcə üçüncü müharibə, Azərbaycan və Türkiyənin hücumunun gözlənməsi kimi fikirlər yürüdərək, gözlərini qorxudaraq idarə etmək istəyirlər. Baxın ki, aylardır Ermənistanda etiraz aksiyalarının, intiharların və həbslərin ardı-arası kəsilmir. Pandemiya ilə mübarizə gedən bir vaxtda yeni müharibədən məğlub olaraq çıxan bir dövlət sözün əsl mənasında böyük bir çöküş yaşayır. Dövlət idarəçiliyi sıfırdır. Ölkədə kürsü uğrunda

mübarizə davam edir. Hərc-mərclik baş alıb gedir. Digər tərəfdən Ermənistan inkişafa doğru nəinki heç bir addım atmır, hətta bitmiş müharibəyə KTMT-ni cəlb edə bilmədiyi üçün bu gün də bu fikirdən əl çəkmir. Ermənistan tarix boyu reallıqları qəbul etməyib. Şizofreniya təxəyyülü ilə yürüdülən siyasət erməni icmasının beyinlərinə yeridilib. Adını da qoyublar "ideologiya”.

Partiya sədri qeyd edib ki, daha əvvəl Paşinyanın istefası üçün təşkil edilən etiraz mitinqləri, bu gün Qarabağ savaşında həlak olan erməni əsgərlərin dəqiq sayının hələ də dövlət tərəfindən açıqlanmaması üçün təşkil edilir: «Bu biabırçılıqdır. İtkin düşmüş erməni əsgərinin valideyni Armen Qukasyan və bir çox belə erməni etiraf edir ki, rəsmi İrəvan həlak olan əsgər sayını ört-basdır etmək üçün, bilərək həlak olmuş əsgərlərin meyidlərini gizlədiblər. Hazırda isə həmin meyidləri fərqli ölüm aktları adı altında üzə çıxarırlar. Həlak olan əsgərlərin valideynləri qeyd edir ki, 200 ölən əsgəri, mətbuata 10-20 nəfərin həlak olması kimi təqdim edirlər. Bu özü özlüyündə Ermənistanın bir dövlət kimi çöküşü deməkdir».

Partiya sədri əlavə edib ki, bu etirazların erməni təfəkkürünə görə, tək qarşısını ala biləcək məsələ üçüncü Qarabağ savaşıdır: «Hesab edirəm ki, Azərbaycan Ermənistandan fərqli olaraq, mövcud vəziyyətə hakimdir, reallıqları da, olduğu kimi dəyərləndirmək iqtidarındadır. Gəncə və Tərtəri hədəf alan ermənilər Azərbaycanı qıcıqlandırmaq niyyətini güdsələr də, KTMT-nin müharibəyə cəlb edilməsi üçün çalışsalar da, Azərbaycan onlara bu fürsəti vermədi. Bu gün də, ermənilərin istənilən təxribatlarını Azərbaycan zərərsizləşdirmək gücünə malikdir. Amma ermənilərin bu kimi addımları beynəlxalq hüquq çərçivəsində dəyərləndirilməli və gərəkli ölçü götürülməlidir. Ən azından BMT bu dəfə regionun təhlükəsizliyi adına gərəkli addımlar atmalıdır. Ermənistan beynəlxalq tribunal qarşısında əməllərinə görə cavab verməlidir. 30 ildir susan beynəlxalq ictimaiyyət ən azından bunu Azərbaycana borcludur».

 

Bilman İSAQ

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ