SON DƏQİQƏ

BMT-dən Qarabağ açıqlaması

Tarix:

29-03-2022, 22:26

/ 1 392 dəfə oxundu.
BMT-dən Qarabağ açıqlaması

Qarabağda gərginliyin artması ilə bağlı xəbərlər narahatlıq doğurur, BMT üçtərəfli formatda, eləcə də ATƏT-in Minsk Qrupu tərəfindən gərginliyin azaldılması səylərini alqışlayır.

GunAz.az xəbər verir ki, bunu BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik deyib.

"Qarabağda gərginlik barədə xəbərlərdən narahatıq. Biz gərginliyin azaldılması üzrə üçtərəfli formatda və ATƏT-in Minsk Qrupu həmsədrlərinin səylərini alqışlayırıq", - deyə S.Düjarrik bildirib.

O əlavə edib ki, BMT bütün tərəfləri vəziyyətin gərginləşməsinə səbəb ola biləcək hər hansı hərəkət və bəyanatlardan çəkinməyə, eləcə də bütün məsələləri birbaşa dialoq yolu ilə həll etməyə çağırır.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ