SON DƏQİQƏ
» » Quterreşdən Azərbaycan və Ermənistana ÇAĞIRIŞ

Quterreşdən Azərbaycan və Ermənistana ÇAĞIRIŞ

Tarix:

25-03-2022, 22:06

/ 1 332 dəfə oxundu.
Quterreşdən Azərbaycan və Ermənistana ÇAĞIRIŞ

BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı təmkinli olmağa çağırıb.

GunAz.az xəbər verir, bunu BMT baş katibinin nümayəndəsi Stefan Düjarrik deyib.

"Baş katib tərəfləri vəziyyətin gərginləşməsinə səbəb ola biləcək hər hansı hərəkət və bəyanatlardan çəkinməyə çağırır” , – deyə BMT rəsmisi bildirib.

Xatırladaq ki, bu gün Ermənistan KİV-ləri Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan ərazilərə guya Azərbaycan ordusunun hücuma keçməsi barədə məlumat yayıb. Azərbaycan Müdafiə Nazirliyi məlumatı təkzib edib və hazırda mövqelərin dəqiqləşdirildiyini bəyan edib.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ