
Bu gün Ermənistan Baş naziri Nikol Paşinyanla danışacam.
GunAz.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin mədəniyyət və incəsənət nümayəndələri ilə görüşündə deyib.
"Bu gün İrəvan haqqında xoş sözlərinizi Ermənistanın baş nazirinə çatdırmaq imkanım olacaq, onunla telefon danışığı aparacağıq. Fikrimcə, onun üçün xoş olacaq”, - Putin bildirib.
***
Ermənistanın Baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin Qarabağdakı vəziyyəti müzakirə ediblər.
Bu barədə Ermənistan hökumətinin məlumatında deyilir.
Ermənistan və Rusiya liderləri Qarabağdakı vəziyyətin nizamlanması üçün səy göstərməyə razılaşıblar.